Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sədr müavininə məxsus partiya maliyyə hesabatı verməyib

 

Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı verməyən siyasi təşkilatlardan birinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Abutalıb Səmədovun rəhbərlik etdiyi məlum olub.

"Xeberinfo.com":   Məlumata görə, rəsmi dövlət qeydiyyatından keçən 4 siyasi partiya 2014-cü il üzrə MSK-ya hesabat təqdim etməyib. Onlardan biri də A.Səmədovun sədrlik etdiyi Azərbaycan Naminə Alyans Partiyasıdır.
Ümumiyyətlə, Azərbaycan Naminə Alyans Partiyasının fəaliyyət göstərib-göstərmədiyi, qərərgahının harada yerləşdiyi, partiyanın rəhbərliyində A.Səmədovdan başqa kimlərin olduğu məlum deyil.
Xatırladaq ki, Azərbaycan Naminə Alyans Partiyası 1994-cü ildə yaradılıb. İlk sədri də Abutalıb Səmədov olub. O, 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci ildə parlamentə keçirilən təkrar və əlavə seçkilərdə 99 saylı Şəmkir seçki dairəsindən deputat seçilib. 2006-cı ilin avqustunda Müəllif Hüquqları Agentliyinin sədri təyin edilib və 2008-ci ilədək bu vəzifədə çalışıb. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir.
MSK-ya dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını təqdim edib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyən digər 3 partiya isə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyasıdır.

 

“Report”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam