Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“German Sterliqovun hərəkətləri təxribatdır”

 

Səfir “Exo Moskvı” radiosunun canlı efirində Rusiya vətəndaşlarını işğal altında olan Dağlıq Qarabağa səfər etməkdən çəkinməyə çağırıb

 

"Xeberinfo.com":   Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, orada Azərbaycan dövləti və ölkənin ərazi bütövlüyünə qarşı etdiyi çıxışlar və çağırışlarla bağlı “Exo Moskvı” radiosuna müsahibə verib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, canlı efirdəki müsahibə zamanı aparıcı Vladimir Varfolomeyev Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən G. Sterliqova qarşı cinayət işinin qaldırılmasının səbəbləri ilə maraqlanıb.  
 
P. Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ rəsmi olaraq bütün dövlətlər tərəfindən, o cümlədən Rusiya Federasiyası tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi qəbul olunur. Bu terminin münaqişə ilə bağlı beynəlxalq qətnamə və sənədlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə əks olunduğunu, Rusiyanın da TŞ-nin üzvü kimi bu qətnamələrə səs verdiyini, sözügedən ərazilərin de-yure Azərbaycan əraziləri olduğunu deyən səfir, bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb.  
 
Münaqişənin gec-tez həll olunacağına əminliyini ifadə edən P. Bülbüloğlu hər bir insanın işğal olunmuş ərazilərə səfər etməklə bağlı cavabdehlik daşıdığını söyləyib. O, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında adları qeyd olunan şəxslərin Azərbaycan tərəfinə əsaslı müraciət edəcəkləri təqdirdə, həmin şəxslərin adlarının siyahıdan çıxarılması məsələsinə baxıla biləcəyini nəzərə çatdırıb. Lakin konkret G. Sterliqovun məsələsinə gəldikdə, P. Bülbüloğlu qeyd edib ki, həmin şəxs işğal altında olan ərazilərə qanunsuz səfərdən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmaq cəhdlərindən əlavə, jurnalistlərə, müxtəlif iş adamlarına dəvətlər edib ki, bu da Azərbaycan Respublikası dövlətinə, ərazi bütövlüyünə qarşı çağırış kimi qəbul olunur. Bu səbəbdən də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının “Dövlət sərhədi”, “Pasportlar haqqında” qanunlarının və ən əsası, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin ciddi şəkildə pozulması səbəbindən cinayət işinin başlandığını söyləyən səfir, G. Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarını münaqişə zonasına səfər etməkdən çəkinməyə çağırıb.
 
P. Bülbüloğlu G. Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək, məsələ ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun məşğul olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan və Rusiya arasındakı mövcud geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə ediləcəyini açıqlayıb.
 
Canlı efir zamanı G. Sterliqovun işğal olunmuş Azərbaycan ərazilərinə səfəri, Bakının buna sərt reaksiyası ilə bağlı sorğu aparılıb. Sorğunun nəticələrinə görə, səs verənlərin 78%-i Azərbaycanın mövqeyini dəstəkləyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam