Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Belə bir riyakarlığı qəbul etmirik"

 

PA-nın şöbə müdiri Avropa Oyunlarında xarici ölkələrin rəhbərlərinin iştirakından danışıb

 

"Xeberinfo.com":   Məlumata görə, Latviyanın paytaxtı Riqada “Şərq Tərəfdaşlığı” sammitində ölkəmizi təmsil edən Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov “Hesabat” verilişində Mir Şahin Ağayevin suallarını cavablandırıb.
ANS TV-nin məlumatına görə, Riqa bəyannaməsinin 3-cü bəndinin Azərbaycana qarşı qərəzindən tutmuş bir sıra məsələlərə toxunan Novruz Məmmədov ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarında xarici ölkələrin rəhbərlərinin iştirakından da danışıb. Və maraqlı faktları dilə gətirib.
“Şərq Tərəfdaşlığı” sammitində iştirak edən dövlətlərin nümayəndələri ilə keçirdiyimiz görüşlər zamanı onların hər biri Avropa Oyunlarına tamaşa etmək üçün arzularını ifadə edirlər. Qeyd edim ki, məhz onların bir çoxu ölkəmizə gələcək. Lakin həmin dövlətləri təmsil edən müxtəlif formalı qurumlar başqa cür fəaliyyətə başlayırlar. Biz belə bir riyakarlığı qəbul etmək istəmirik”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam