Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Müsavatdakı durum ürək ağrıdır"

 

“Müsavat Partiyasının qərargahı qarşısında keçirilən etiraz aksiyasının təşkilatçılarının partiyadan xaric edilməsi partiya nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Trend-ə Müsavat Partiyasından istefa vermiş Adil Qeybulla deyib.

 

A.Qeybulla bildirib ki, partiya rəhbərliyinin üzvlərə qarşı bu cür mövqe sərgiləməsi sağlam məntiqə sığmır:

 

“Yəni, mən anlamıram nəyə görə bunlar bu cür mövqe sərgiləyirlər. Amma hər halda bu cür vəziyyət ürəkağrıdıcıdır. Zamanında ölkənin ən aparıcı müxalifət partiyası olmuş bir siyasi təşkilatın bu günə düşməsi əlbəttə, çox təəssüf doğurur və ürək ağrıdır. Amma bu da bir reallıqdır”.

 

Qeyd edək ki, Müsavatın tanınmış üzvü Vurğun Əyyub partiya sıralarından çıxarıldıqdan sonra partiya daxilində narazılıqlar daha da artıb. Bundan sonra Müsavat Partiyasının tanınmış üzvləri Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əzizli partiyadan istefa verib. Daha sonra Müsavat Partiyasının qərargahının qarşısında bir qrup partiya üzvü etiraz aksiyası keçirib. Etirazın təşkilatçıları isə partiya Divanının qərarı ilə üzvlükdən xaric edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam