Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Düşərgəm müxalifət olaraq qalır»

 

Xəbər verildiyi kimi, tibb professoru Adil Qeybulla Müsavat Partiyasından istefa verib.
"Xeberinfo.com":  A. Qeybulla bununla bağlı yaydığı bəyanatında qeyd edib ki, mili-azadlıq hərəkatının rüşeymlərindən olan Çənlibel hərəkatının və Müsavat Partiyasının qurucularından və liderlərindən biri Vurğun Əyyub absurd ittihamlarla partiyadan çıxarılıb. Onun fikrincə, indiki Müsavat daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatıb:
«Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat Partiyasından qat-qat geniş anlayışdır».
Adil Qeybulla qurultaydan öncə də partiyadan getməsi və sonradan geri qayıtmasına da aydınlıq gətirib:
«O vaxt bu naqisliklər ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay vasitəsilə rəsmiləşdirildi. Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur».
««DEMOKRATİYA VƏ RİFAH» HƏRƏKATINDA FƏALİYYƏTİM DAVAM EDİR»
AzadlıqRadiosuna müsahibəsində Adil Qeybulla bundan sonra da müxalifət düşərgəsində fəaliyyəti davam etdirəcəyini bildirib:
««Demokratiya və Rifah» hərəkatında fəaliyyətim davam edir. Mən qətiyyən siyasi fəaliyyətdən çəkinmirəm. İctimai fəaliyyətim də davam edir. Düşərgəm də müxalifət düşərgəsi olaraq qalır».
«Demokratiya və Rifah» hərəkatını Müsavat Partiyasına qarşı fəaliyyət hesab edənlərə cavab olaraq Adil Qeybulla deyir ki, bu cür düşüncə siyasi mədəniyyətsizlikdən irəli gəlir:
«Bu fikirləri yayan adamlar, əslində, partiyanı bu günə salan adamlardır. Onlar cəmiyyətdə bu cür fikirlər yaratmağa çalışırlar, rayonlarda bu cür təbliğatlar aparırlar. Bəzi idealist düşüncəli müsavatçıları buna inandırırlar. Amma hər şeyi zaman göstərəcək. Məsələ bundan ibarətdir ki, bu gün partiyada sıxışdırılan, partiyadakı indiki strukturu qəbul etməyən xeyli müsavatçının da siyasi fəaliyyətdə qalmaq, cəmiyyətdə, hansısa bir təşkilatda qalıb mübarizə aparmaq hüquqları var və bu hüquqları tanımaq lazımdır. Bu hüquqlara hansısa yarlıqlar yapışdırmaq siyasi mədəniyyətsizlikdir» ("Azadlıq" radiosu).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam