Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Avropa dəyərləri haqqında çoxlarımız yanıldıq”

 

“İnkişafa yenicə qədəm qoymuş, inkişafda etməkdə olan ölkələrin çatmaq istədikləri məqsəd Avropanın dəyərlərinə malik olmaq idisə, bu gün artıq bu istəklərdə bir çoxlarımız yanıldığımızı düşünürük".

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün Bakıda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Yeni Azərbaycan Partiyası tərəfindən təşkil edilən "Azərbaycan müasir dünyada" adlı konfransda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, Avropada hər şey heç də düşündüyümüz kimi şəffaf deyil. B.Muradova deyib ki, məsələlərin mahiyyətinə vardıqca, proseslərdən görürük ki, biz can atdığımız dəyərlər heç də uzaqda deyil, öz içimizdədir, öz milli mənəvi dəyərlərimizdədir, tarixi keçmişimizdədir və gələcəyə baxışımızdadır: “Bu gün dünyada, Avropada və inkişaf etmiş ölkələrdə olan anti-türk, anti-islam, islamafobia kimi meyillər mövcuddur. Digər xalqların, yenicə müstəqilliyini əldə etmiş dövlətlərin müstəqil siyasət yürütməsi, müsəlman və türk dövlətlərinin inkişafı dünyada qısqanclıqla qarşılanır. Biz hər birimiz başa düşürük ki, dünyanı maraqlar idarə edir. Bu baxımdan Azərbaycan müstəqil siyasət aparması, güclənməsi, inkişaf etməsi dünyanı öz maraqlarına uyğun idarə etmək istəyənlərin qarşısında bir manedəir. Əlbəttəki belə bir mühitdə qarşına qoyduğun məqsədə çatmaq üçün düzgün yol seçməlisən. Məhz Ümumilli lider Heydər Əliyev bu yolu düzgün süçdi və bu istiqamətdə gedən Azərbaycan bu gün güclənmiş ölkləyə çevrildi".

 

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam