Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

“Sarkisyan “5 + 2” formatına razı idisə, niyə milyonlar xərcləndi?” -Ermənilər Qarabağda daş üstündə daş qoymayıblar

Ermənistan parlamentinin deputatı, "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan eks-prezident Serj Sarkisyanın yerli KİV-ə müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
 Yenixeber.org: Erməni deputat Serj Sarkisyanın Qarabağ probleminin həllinə dair "5 + 2" formatının reallaşmasına yaxın olması barədə çıxışını tənqid edib. O, sual edib ki, əgər keçmiş hökumət bu formata razı idisə, Zəngilan, Cəbrayıl, Qubadlı və digər ərazilərə, Araz çayı üzərindəki stansiya və bu kimi işlərə niyə milyonlarla dollar vəsait xərclənirdi?

"Belə çıxır ki, vətəndaşımızın vergilərindən yığılan pullar, diaspordan alınan vəsaitlər, Azərbaycana qaytarılmalı olacaq ərazilər üçün xərclənib. Yəni o qədər varlı idik ki, onlar üçün şəhərlər və kəndlər tikdik?", - deyə erməni deputat fikirlərini absurd şəkildə əsaslandırmağa çalışıb.

Marukyan daha sonra iddia edib ki, bu siyahıya Laçın və Kəlbəcər bölgələrində əsasən su elektrik stansiyalarının tikintisi və ticarət məsələləri üçün də bir neçə yüz milyon dollarlıq kredit portfeli ayrılmışdı.

"Banklardan dövlət zəmanəti ilə nəhəng kreditləri götürməyin mənası var idimi? "5 + 2" formatında bölgənin qaytarılmasına dair danışıqlar aparılırdısa, bütün bu xərclər nəyə lazım idi?".

Maraqlıdır, Marukyan hansı tikinti-quruculuq işlərindən danışır? 30 ilə yaxın işğal dövründə Azərbaycan torpaqlarını zəbt edən ermənilər Qarabağda daş üstündə daş qoymayıblar, bütün yaşayış yerləri, binalar yerlə-yeksan edilib, infrastruktur sıradan çıxarılıb, sərvətlərimiz talan olunub. "Milyonlar xərclənib" dedikləri "quruculuq işləri" budurmur?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam