Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Vurğun Əyyubun Müsavat adından seçkilərdə iştirakında Məclis maraqlı olmalıdır”

 

“Müsavatçı artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürüb. Mənim indi kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyətim yoxdur”.
 
"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.
 
V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: “Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər”.
 
Xatırladaq ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam