Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyanın statusu Ermənistanı qarışdırdı -İqtidar komandası dağılır

Paşinyanın statusu Ermənistanı qarışdırdı -  İqtidar komandası dağılır
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın "Facebook" səhifəsindəki paylaşımı erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb.
Yenixeber.org: Məlumat üçün bildirək ki, Nikol Paşinyan hərbçilərin Dağlıq Qarabağdan İrəvana qayıtmasını gözlədiyini yazıb və onları Ermənistanda "divar dibində ulayan"larla bağlı məsələləri həll etməyə çağırıb:

"Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi İrəvanda gözləyirəm".

Baş nazirin qisasçı və aqressiv çağırışı Ermənistanı qarışdırıb. Nəinki sadə ermənilər, artıq bütün cəmiyyət Nikola qarşıdır, onu xalqın heysiyyatı ilə oynamaqda ittiham edirlər. Siasətçilər isə bu cür düşüncənin ölkədə vətəndaş müharibəsi yaradacağından qorxurlar.

Maraqlıdır ki, Paşinyanın öz komandası da ona qarşı çıxıb. Dünən baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib. İstefaya səbəb kimi Nikol Paşinyanın məlum fikirləri göstərilib. Varaq Siseryan sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini yazaraq Paşinyanın müxalifət nümayəndələrini təhdid etməsini pisləyib.

Narazılar sırasına deputatlardan da qoşulanlar olub. Belə ki, Paşinyanın məlum təhdidlərindən dərhal sonra üç deputat istefa verdiyini açıqlayıb. Paşinyanın “Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyan mandatından imtina etdiyini bildirib.

“Bu günlərdə vəziyyəti bir az yumşaltmaq üçün hər cür səy göstərməyə çalışdım, amma bu andan etibarən deputat kimi fəaliyyətimi tükənmiş hesab edirəm. Çoxsaylı səhvlərə görə üzr istəyirəm”, - deyə Abrahamyan yazıb.

Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib: “Siyasi komandamız bir-birinin ardınca səhv edir. Səhvlərimizi dərk etmək, vəziyyəti dialoqla yumşaltmaq, gərgin vəziyyəti sabitləşdirməyə çalışmaq əvəzinə, dövlətin əsaslarını sarsıdan addımlar atırıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam