Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Azərbaycanın 11 oktyabrı -Ermənistan “Əl-Qaidə” rolunda

Prezident: “Ermənistan dövləti terror dövlətidir”; Gəncənin dinc sakinlərini yatdığı yerdə qətlə yetirən cinayətkar rejimə qarşı antiterror koalisiyası yaradılacaqmı...

Yenixeber.org: Rusiyanın vasitəçiliyi ilə Moskvada razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən 100 km-lik məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin dinc əhalisinə qarşı terror aktı törətdi.

Yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak oldu, 40-dan çox dinc sakin yatdığı yerdəcə ağır yaralandı. Yaralılar arasında uşaqlar da var. Oktyabrın 12-də yaralılardan daha biri vəfat edib və bununla da həlak olanların sayı 10-a çatıb.

Beləliklə, Ermənistan nəinki işğalçılıq siyasətini, həmçinin mahiyyət etibarilə insan qatili olduğunu bir daha bəşəriyyətə nümayiş etdirdi. Hansı ki, Azərbaycan Ordusunun Qarabağın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar keçirməsinə baxmayaraq, Rəsmi Bakı danışıqların davam etdirilməsi, humanitar atəşkəsin əldə olunması ilə bağlı təşəbbüsə razılıq vermişdi. Lakin Azərbaycanın bu humanizminə düşmən ölkə alçaq hücumla qarşılıq verdi.  

Baş prokuror Kamran Əliyev oktyabrın 11-də Gəncə Şəhər Prokurorluğunun inzibati binasında yerli və xarici media nümayəndələri üçün təşkil olunan mətbuat konfransında deyib ki, baş verənlərlə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda hadisə yerində fəal istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Biz Ermənistanın dinc sakinlərə hücumu ilə bağlı çoxsaylı hadisələrə şahid olmuşuq. Ancaq Xocalı soyqırımından sonra Gəncəyə hücum növbəti genişmiqyaslı terror aktı idi. Azərbaycanın Baş Prokurorluğu 27 sentyabr 2020-ci il tarixindən 12 oktyabr 2020-ci il tarixinədək Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 148, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1 185-dir.

Geçmişten Bugüne: PKK-ASALA İlişkileri - Diplomatik Strateji

Beləliklə, terrorçu təşkilatlarla birgə hərəkət edən, PKK-çıları, ASALA üzvlərini, Livandakı, İraq və Suriyadakı digər insan qatillərini, terror bağlı caniləri Ermənistana, Qarabağa daşıyan İrəvan Gəncə əhalisini hədəfə almaqla daha bir bəşəri cinayət törətdi. Ancaq çox təəssüf ki, bəşəriyyətdən bu insan qatili olan ölkəyə adekvat reaksiya görə bilmirik.

Yenə də Türkiyə, Pakistan kimi yaxın müttəfiqlərimiz Azərbaycanın yanında olduqlarını açıq şəkildə bəyan edib Ermənistanın alçaq hücumunu pislədilər. “Bu döyüşdə sona qədər Türkiyə Azərbaycanın yanındadır”. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Ermənistanın humanitar atəşkəsi pozaraq bu gün səhər Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə etdiyi raket hücumunu qətiyyətlə pisləyirik”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Ankara bəyan edib ki, beynəlxalq ictimaiyyət bu hüquq tanımazlığa artıq dayan deməlidir. “Türkiyə həmişəki kimi Azərbaycanın yanındadır”, - açıqlamada vurğulanıb.

PKK'yı destekleyen Ermenistan Suriye'de "ASALA"yı canlandırmak istiyor!

“Bütün dualarımız gəncəlilərlədir. Beynəlxalq hüquqa əsasən, dinc əhalini bombalamaq hərbi cinayətdir”. Bunu isə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye “Twitter”də yazıb.

Lakin BMT başda olmaqla, beynəlxalq təşkilatlar, aparıcı dünya dövlətləri ya susurlar, ya da ənənəvi atəşkəsə çağırış bəyanatları ilə tərəflər arasında bərabərlik işarəsi qoyurlar.

Kəsəsi, dünya 11 oktyabr Gəncə terroruna biganə qaldı. Hansı ki, dünyanın digər ölkələrində terror hadisələri baş verəndə tamam başqa münasibəti görürük. Konkret olaraq 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirilən silsilə terror aktlarına münasibəti xatırlayaq. O zaman Dünya Ticarət Mərkəzi və ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. ABŞ başda olmaqla, dünyanın aparıcı dövlətləri antiterror koalisiyası yaratdılar. Azərbaycanın da qoşulduğu bu koalisiya “Əl-Qaidə”nin kökünün kəsilməsi istiqamətində dünyaboyunca hərəkətə keçdi. Hətta bir sıra hallarda bu koalisiyada olduğu üçün Azərbaycan özü də təhdid olundu terrorçular tərəfindən. Proseslər Usamə bin Ladeninin Pakistanda tapılıb məhv edilənə, terrorçularla əlaqədə ittiham edilən İraq prezidenti Səddam Hüseyn edam olunanadək bitmədi, yüz minlərlə insan həlak oldu, milyonlar qaçqın düşdü.

Gəncədə törədilən terror nəticəsində daha bir nəfər vəfat etdi - Baku Press  Klub

Sonrakı dönəmlərdə Fransada (2015 noyabr), həmçinin İspaniyada törədilən terror aktları dünyanı silkələdi, İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar başladı.

Hətta İspaniyanın Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını insanların üzərinə sürüb bir neçə nəfərin həyatına son qoyanda da dünya bunu sakit qarşılamadı, hərəkətə keçdi. Dünya liderləri qol-qola girib terror qurbanlarını yad etdilər, terrora qarşı birgə mübarizəyə başladılar.

Ancaq 11 oktyabr gecəsi Azərbaycanın dinc sakinləri qətlə yetirilib, binalar yer üzündən silinib, amma Avropa, Amerika susur.

Minsk Qrupunun həmsədr dövləti Rusiyadan isə Ermənistana “humanitar yardım” adı altında silah tədarükü davam edilir.

Hətta Roma Papası Şuşadakı kilsənin guya Azərbaycan Ordusunun atdığı mərmilər nəticəsində dağılmasından “narahat” olduğunu bildirib. Ancaq Ermənistandan Gəncəyə atılan raket zərbələri nəticəsində bir əsr yarım yaşı olan pravoslav kilsəsinə zərər dəysə də, Papa susur.

Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına  müsahibə verib YENİLƏNƏCƏK VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib: “Saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib. Gəncə şəhəri ”Toçka-U" raketləri ilə atəşə məruz qalıb. Bunun nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniləri, onların hamiləri və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək".

Dövlət başçısı deyib ki, dünən o hadisə yerində təşkil olunan mətbuat açıqlamaları və bu gün oraya gedən xarici səfirliklərin nümayəndələri öz gözləri ilə hər şeyi görürlər: “Bir daha görürlər ki, bu münaqişənin səbəbkarı kimdir. Kim təcavüzkar siyasət aparır, kim mülki əhaliyə qarşı cinayət törədir. Ermənistan dövləti terror dövlətidir, faşist dövlətidir və insanlığa qarşı törədilmiş bu cinayət bunu bir daha göstərdi”.

Prezidentimiz son döyüşlərdən 3 gün öncə BMT Baş Assambleyasında Ermənistanın Azərbaycana qarşı hücuma hazırlaşdığını bəyan edib, işğalçıya təsir göstərməyə çağırmışdı. Əgər o zaman dünya bu çağırışa biganə qalmsaydı, bu qədər qanlar da tökülməzdi və Ermənistan Gəncə sakinlərini hədəf seçməyə cəsarət etməzdi. Cəzasızlıq mühitində işğalçı Ermənistan faktiki olaraq terrorçu dövlətdir və “Əl-Qaidə” statusunda çıxış edir. Ancaq təəssüf ki, ABŞ, Fransa, İspaniyaya qarşı terror aktlarına qarşı mübarizədə hərtərəfli qatqısı olan Azərbaycan bu gün terrorçu Ermənistana qarşı mübarizədə bir neçə müttəfiqi ilə birgə qalıb, Qərbdən dəstək yoxdur.

Baxmayaraq ki, azacıq ədalət hissi olan insanlar milliyyətindən asılı olmayaraq, Ermənistanın bu davranışlarını lənətləyir. “Doqquz dinc sakinin ölümünə səbəb olan Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket hücumu hansısa təsadüfi hərbi səhv ola bilməzdi - bu, İrəvan tərəfindən planlaşdırılmış terror aktı və ya hərbi cinayətdir”. Bu barədə “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko dünən “Vestnik Kavkaza” nəşrinin müxbiri ilə söhbəti zamanı bildirib. O deyib ki, bu, sadəcə, öhdəliklərinin kobud şəkildə pozulması deyil (Ermənistan tərəfindən atəşkəs sazişinin imzalanmasından bir gün sonra), şərhdən asılı olaraq ya hərbi cinayət, ya da beynəlxalq terror aktıdır.

Gəncəyə atılan raketin bir hissəsinin qalıqları Mingəçevirdə dağlıq əraziyə düşüb. Dünən həmin raketin ən son qalıqları tapılıb. Bunu Gəncədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib. “Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan ”Elbrus" raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır", - deyə o qeyd edib.

Azərbaycan Ermənistanın terrorçu mahiyyətinin ifşası, yaxud işğalçı, terrorçu dövlətə qarşı dünyanı səfərbər etmək üçün hansı addımları atmalıdır? Dünya nədən 11 sentyabr terror ilə 11 oktyabr terroruna fərq qoyur, Azərbaycanın dinc sakinlərinin qətliamına, soyqırımına biganə yanaşır?

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Milli təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, rəsmi Bakı Ermənistanın ifşası istiqamətində işlər görür: “Prezidentin köməkçisi Hikmət Hacıyevin apardığı işləri kifayət dərəcədə yüksək qiymətləndirmək lazımdır. Gəncədə ingilis dilində verdiyi müsahibə, keçirdiyi brifinq, Azərbaycandakı diplomatik korpusun nümayəndələri qarşısındakı çıxışı, üstəlik, Bakıdakı səfirliklərinin bir sıra təmsilçilərinin Gəncəyə səfərinin təşkili, BBC-nin xüsusi reportaj hazırlamasını qeyd edə bilərik. Bunlar bizim məhdud imkanlarımız çərçivəsində görülən işlərdir. Türkiyə mətbuatı son günlərini Gəncədəki terror hadisəsinə sərf edib. Amma bizim daha ciddi səviyyədə dəstəklənməməyimiz və antiterror koalisiyasının yaranmaması təbii qarşılanmalıdır. Azərbaycanın haqlı mövqeyi bir o qədər dəstəklənmir. Ona görə ki, erməni diasporu bütün dünyada, xüsusilə də açar ölkələrdə təbliğat aparır, güclüdürlər, bu məsələlərlə bağlı öz ətraflarına xeyli adam yığıblar, informasiya məkanda tərəfdarlar toplayıblar”. İ.İsmayıl qeyd etdi ki, biz bütün dünyanı ittiham etmirik, ən azı vasitəçi dövlətləri günahlandırırıq: “Rusiya, Fransa, ABŞ-ın hər üçünün Gəncə terroruna reaksiyası demək olar ki, sıfır səviyyəsindədir. Sanki neytral qalırlar. Neytral qalmaq tələb olunanda isə neytrallıq nümayiş etdirmirlər. Məsələn, Fransa prezidenti o məqamda neytral qalmır, hücumu dayandırmağı tələb edir. Amma indi Makron haradadır bu saat? Çıxıb desin ki, mən bu hadisəni tənqid edirəm, qınayıram. Yoxdur. Bu, onu göstərir ki, onlar tərəf tutanlardır. Ona görə də Moskvadakı humanitar atəşkəs razılaşmasında atəşkəsdən çox, Qarabağ məsələsinin necə həll olunmasını bütövlükdə 4 bənddə ortalığa qoydular. Orada baza prinsipləri var. Bütövlükdə olmasa da, 4-cü bənd tamamilə bizim əleyhimizədir. Yəni Dağlıq Qarabağın müstəqilliyinə aparır. Sonuncu bənd isə formatın dəyişməməsi yalnız Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı deyil, eyni zamanda Fransaya olan etirazımızın və onun başqası ilə əvəzlənməsinin - hətta konkret demirik ki, Türkiyə olsun - qarşısını alır”. Ekspert qeyd etdi ki, bu gün Azərbaycana qarşı ədalətli münasibət mövcuddur: “Biz düşünməyək ki, Diaspor Komitəmiz zəifdir, olanımız budur. Dünyanın bizə müsbət münasibəti var, amma ermənini qınayacaq səviyyədə geniş imkanlarımız hələ ki yoxdur. İllərlə formalaşmış erməni diasporu, həmçinin İslam ölkələrinə, xüsusilə Türkiyəyə olan münasibətə görə bu gün hələ biz nələrsə edə biliriksə, bunu da müsbət dəyərləndirmək lazımdır”.

Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq” – İlham İsmayıl  (AÇIQLAMA) – Turkustan.info

İlham İsmayıl

İ.İsmayıl hesab edir ki, indiki halda kimin nə deməsindən asılı olmayaraq, Türkiyədən bərk yapışmaq, nə qədər böyük etirazlar olsa da, Ankaranı sözün həqiqi mənasında masaya oturtmaq lazımdır: “Çünki bunun başqa yolu yoxdur. Bu proseslərdə bizim ən böyük dayağımız birinci Azərbaycan xalqı, Azərbaycan əsgəri, ikinci də Türkiyədir”.

Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. “Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır” - dövlət başçısı bildirib.

Beləcə, Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncədə oldu və Ermənistanın dinc insanlara qarşı törətdiyi terror aktının şəxsən şahidi oldular. Özü də bu teraktın qabaqcadan planlaşdırıldığına heş bir şübhə yoxdur. Çünki Paşinyanın müşaviri hələ bir həftə öncə Azərbaycanın dinc əhalisinin məqsədli şəkildə, ölkədə vahimə yaratmaq üçün hədəf seçildiyini Rusiya mətbuatına demişdi. Vaxtilə Serj Sərkisyan da “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, biz dinc sakinlərə atəş açmayacağıq” - söyləyərək soyqırım törətdiklərini etiraf etmişdi. Hakimiyyət dəyişsə də, Ermənistanın terrorçu mahiyyəti dəyişməyib. Terror milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, lənətlənməlidir. Görək dünya birliyi qarşıdakı günlərdə hansı qərarı verəcək? Ermənistan Qarabağla kifayətlənmir, Gəncə, Mingəçevir, Yevlax, Ağcabədi, Tərtər və digər yaşayış məntəqələrimizi mərmi atəşinə tutur. Dünya ölkələri susacaqsa, bir gün ASALA-nın hədəfinə özləri gələcəklər...

“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam