Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bəzi məmurlar məcburi köçkünlərdən istifadə etməklə büdcəni talayırlar”

 

Uzun illər miqrasiya sahəsində çalışan mütəxəssis Əlövsət Əliyev Azərbaycanda ölkə daxili miqrasiyanın ümumi mənzərəsini yaratmaq üçün ekspert kimi gəldiyi qənaətləri bizimlə bölüşüb. 

"Xeberinfo.com":  Məlumata görə, o, Modern.az-a açıqlamasında ölkə daxilində miqrasiya sahəsində ciddi problemlərin mövcudluğunu, ümumi mənzərənin ürəkaçan olmadığını vurğulayıb:

 “Ölkə daxilində miqrasiya ölkə əhalisinin könülülük əsasında ölkə hüdudları çərçivəsində yerdəyişməsidir. Nəzərə alsaq ki, yaşayış yeri Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir, onda həmin şəxs yaşadığı ünvana qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsi almalıdır.

Qeydiyyata alınan şəxs haqqında müvafiq məlumatlara uyğun olaraq Daxili İşlər Nazirliyi və Statistika Komitəsi daxili miqrasiya haqqında məlumatları ümumiləşdirir və illik hesabatlar hazırlayırlar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün şəxsiyyət vəsiqəsi kifayət edir və ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.Ölkə əhalisinin 35-40 faizə qədərinin yaşadıqları ünvana qeydiyyata alınmadığını nəzərə alsaq, onda demək olar ki, ölkədaxili miqrasiya proseslərinin tənzimlənməsində ciddi problemlər var və mövcud statistika reallığı əks etdirmir”. <p"> <p">

Mütəxəssis Azərbaycanda ölkə daxili miqrasiyanın idarə olunmaz vəziyyətdə olması səbəblərini belə qruplaşdırıb: 

1. “Regionlar arasindakı qeyri-bərabər həyat şəraiti və iqtisadi vəziyyət daha cox əhalinin, xüsusilə kişilərin regionları tərk edərək Bakıya gəlməsinə şərait yaradır. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılan “siyasət” əslində görülən işlərin deyil, ayırlan pulların məbləğinin hesabatlarda təkrarlanması ilə yadda qaldı. Çünki regionlarda aparılan tikinti işlərinin əksəriyyəti ( məktəblərin tikilməsi, yollarin çəkilişi, bəzi sahibkarların öz sərmayələri ilə gördükləri işlər) bu proqrama aid deyil.

“Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində gözlənilən dəyişiklik də hələ ki heç bir regionda hiss olunmur. Regionların iqtisadi inkişafı olmadan isə əhalinin bölgələrdən mərkəzə axınının qarşısının alınması mümkün deyil. Bu isə ölkədaxili miqrasiyanın çox böyük hissəsini təşkil edir”. 

2. Ərazilərin bir hissəsinin işğal olunması nətəcəsində məcburi köçkün vəziyyətinə düşənlərin işğal olunmuş ərazilərdə qeydiyyatda qalması siyasi baxımdan cox əhəmiyyətlidir. Lakin 20 il müddətinə məcburi köçkünlərin məskunlaşdığı ərazilərə inteqrasiya olunmadığını iddia edən və onlara yardımların davam etdirilməsini tələb edən məmurlar əslində məcburi köçkünləri təhqir edir. Bəzi məmurlar məcburi köçkünlərdən istifadə etməklə büdcəni talayır və çox böyük qazanc əldə edirlər. Məhz buna görə də məcburi köçkünlərin haqqında bu vaxta kimi mərkəzləşmiş məlumat bazası mövcud deyil.

Onlar tərəfindən tutulan tikililər, onlara məxsus özbaşına tikililər, dövlət tərəfindən paylanılan mənzillər haqqında hər hansı elektron bazadan dəqiq məlumat almaq mümkün deyil. Fikrimcə, məcburi köçkunlərin alternativ qeydiyyatı ilə bağlı məlumat bazası yaradılmalı, onların harada məskunlaşması, kimin hansı məktəbdə oxuması, onların adlarına olan özbaşına tikililər haqqında məlumatlar dəqiqləşdirilməlidir.

Məcburi köçkünlərə məxsus özbaşına tikililər sənədləşdirilməli və onlar həmin ünvana qeydiyyata alınmalıdırlar. Neft Fondundan və büdcədən bu sahəyə ayırmalara nəzarət edən və ya alternativ hesabatlar hazırlayan təşkilatlar mövcud deyil. Belə olsaydı, Avropada qaçqın statusu ilə yaşayan yüzlərlə məcburi köçkün ailələlərinin adlarının adı eyni zamanda yardım alan məcburi köçkünlərin siyahısında olması kimi faktlar mövcud olmazdı. 

3. Bəzi bölgələrdəki ekoloji problemlər də əhalinin kütləvi yerdəyişməsinə səbəb olur. Xüsusən Aran iqtisadi rayonunda (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax ) torpaqların kütləvi şoranlaşmasına və kənd təsərrüfatlı təyinatlı torpaqların azalması və məhsuldarlığın çox aşağı olmasına, Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı), Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları), Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları) altetnativ su mənbələri tapmaqdansa mövcud tarixi su mənbələrinin bir qrup təərfindən mənimsənilməsi, çayların və su mənbəələrinin təyinatının dəyişdirilməsi kütləvi olaraq meşələrin və otlaq sahələrinin qurumasına gətirib çıxarır. Bu da kənd təsərrüfatı və heyvandarlığın inkişafına ciddi ziyandır.

Eyni zamanda isə əhalinin iqtisadi vəziyyətinin ağırlaşmasına və qeydiyyatda olduğu yaşayış məntəqəsini tərk etməsinə şərait yaradır. 

4. Bəzi yaşayış məntəqələrində yaşayış üçün minumum şəraitin olmamağı insanların yerdəyişməsinin səbəblərindən biridir. Bəzi rayonlarda və kənd evlərində yaşamaq üçün minumum şəraitin, hətta elementar qızdırıcı sistemin, texniki və ya içməli suyun olmaması insanların kütləvi köçünə səbəb olur. Demək olar ki, Azərbaycanın bütün rayonlarında bu problem var. Suyu evinə vedrə ilə və ya səhənglə daşıyan şəxslərin informasiya almaq imkanları geniş olduğundan bu həyata birdəfəlik “yox” deməklə yaşayış yerini Bakıya dəyişir və qeydiyyatsız olaraq Bakıda və ya ətraf kəndlərdə yaşamağa məcbur olur. 

5. Daxili miqrasiyaya nəzarətin mümkünsüzlüyünə şərait yaradan hallardan biri də vətəndaşlara məxsus öbaşına tikililərə sahiblərinin qeydiyyata alınmamaları ilə bağlıdır. Bakı və ətraf kəndlərdə son 20 ildə tikilən yaşayış evlərinin az qala 60 faizindən çoxunda yaşayış yeri üzrə qeydiyyata alınmadan yaşayırlar.

Ölkə başçısı tərəfindən bu evlərin sənədləşməsinə dəfələrlə cəhdlər olsa da hələ də bu məsələ problem olaraq davam etməkdədir. Belə vətəndaşların tikdikləri və yaşadıqları evlərə qeydiyyata alınmamaqları onların mülkiyyətləri üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, əmlak və torpaq vergisindən yayınanların sayının artmasına kömək edir. 

6. Ölkə daxilində miqrasiyanın tənzimlənməməsinin səbəblərindən biri kimi ev və ya mənzil sahiblərinin vergidən yayınmaları ilə bağlıdır. Evlərini kirayə verənlər gəlirlərini vergidən gizlətsinlər deyə kirayə müqaviləsi bağlamamaq və bununla da kirayəşinin həmin ünvanda qeydiyyatsız yaşamasına şərait yaratmaqda maraqlıdırlar. 

 

Əlövsət Əliyev bildirib ki, ölkədaxili miqrasiyanın tənzimlənməməsi səbəblərini daha da artırmaq olar: “Lakin ümid edirəm ki, bu qeydlər Prezident Administrasiyasının, Milli Məclisin, DİN-in, Statistika Komitəsinin, medianın, və ictimayyətin diqqətini cəlb etmək üçün kifayət edər. Ölkədaxili miqrasiyanın tənzimlənməməyi əhali haqqında dəqiq statistik rəqəmlərin olmamağı, vətəndaşların dövlətin yardımından istifadə edə bilməməyi, maraqlı şəxslərin isə dövlət orqanlarının nəzarətindən kənarda olmağı ən nəhayət seçici siyahılarının qeyri-dəqiq olmasına gətirib çıxarır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam