"Bütöv Azərbaycan Ocaqları"ndan soyqırımla bağlı müraciət
31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətiylə Bütöv Azərbaycan Ocaqlarının (BAO) Azərbaycan xalqına
MÜRACİƏTİ
"Xeberinfo.com": Əzizi həmvətənlərimiz!
1998-ci ildən 31 mart Azərbayacn Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Həmin günədən başlayaraq aprelin 3-nə qədər minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycanlılara qarşı aparılan bu soyqırım siyasəti XX əsrdə həyata keçirilən ilk soyqırım deyildi. 1905-ci ildə həyata keçirilən qırğınlar da soyqırım idi. Soyqırım siyasəti bütün Azərbaycan ərazilərini əhatə edirdi.
XX əsrin əvvəllərindən başlayaraq bütün Azərbaycan ərazilərində həyata keçirilən bu soyqırım siyasəti o zamanın iri gücləri tərəfindən dəstəklənirdi. Ermənilər sadəcə olaraq bir vasitə kimi seçilmişdi. Bu soyqırım siyasəti Türk dünyasına yönələn bir soyqırım siyasəti idi.
XIX əsrin sonlarından başlayaraq Osmanlı ərazilərində tətbiq olunan bu siyasət tezliklə Azərbaycanı da əhatə etdi. Bir zamanlar Türk dünyasını parçalamaq, sıradan çıxarmaq üçün onlara qarşı qeyri-türklərdən istifadə etməyə çalışdılar. Bəhrə vermədi. Onda təriqət düşmənçiliyini ortaya atdılar. Bu da istənilən nəticəni vermədi. XVIII əsrdən başlayaraq etnik münasibətlər üzərində işləməyə başladılar. Bunu həyata keçirmək üçün ən münasibi ermənilər idi. Dünyanın iri gücləri türk-müsəlman dünyasında xristian dövlətləri yaratmaq vədi ilə erməniləri sılahlandırıb Osmanlı, Qacar Türk imperiyaları və bu imperiyadan Rusiyanın qoparıb aldığı indiki Azərbaycan ərazilərində türk-müsəlmanların üzərinə yönəltdilər. Dünyanın iri gücləri – Rusiya, ABŞ, İngiltərə, Fransa, Almaniya o zaman bununla da bütün Türk dünyasını xəritədən silməyi qarşılarına məqsəd qoymuşdular. Bu o zaman idi ki, istər Osmanlı, istərsə də Qacar Türk imperiyaları özlərinin ağır dönəmlərini yaşayırdılar. Erməni daşnak dəstələri Şərqi Anadoluda, Cənubu Azərbaycan və Şimali Azərbaycan ərazilərində görünməmiş vəhşiliklər törətdilər.
Əziz həmvətənlərimiz!
Hesab edirik ki, soyqırım məsələsində vahidlik mövqeyindən çıxış etməliyik. Diqqətlə nəzərdən keçirilsə, həmin illərdə ermənilər Bütöv Azərbaycan ərazilərində planlı şəkildə sıyqırım həyata keçiriblər. İranda bu sahə ilə araşdırmalar aparan Əhməd Kəsrəvi yazır ki, erməni-daşnak Ağa Petrosun başçılığı ilə keçirilən qanlı ixtişaşlar zamanı Salmasda bircə abad kənd belə qalmadı. Çarəsiz qalan xalq öldürülür, imkanı olanlar qaçıb gedirdi. O gün olmurdu ki, Urmiyada adam qətlə yetirilməsin. Ə.Kəsrəvi daha sonra yazır ki, Osmanlı ordusu gələn zaman ermənilər Urmiyadan qaçarkən yollarda, kəndlərdə olmazın vəhşiliklər törətdilər. Bu dəhşətli hadiasələrdə ermənilər və aysorlar 10 min nəfərdən çox azərbaycanlı öldürdülər. Baş verən soyqırım zamanı kürd və yəhudi əhalisi də ermənilər tərəfindən qətlə yetirilirdilər. Ümumilikdə Btöv Azərbaycan ərazilərində 150 minə yaxın türk-müsəlmanı qətlə yetirdilər.
Əziz həmvətənlərimiz!
Biz Bütöv Azərbaycan Ocaqları olaraq bu cür qanlı hadisələri təkcə ittiham etmirik, eyni zamanda hesab edirik ki, tarixdən nəticə çıxarmalıyıq. Biz nə zaman ki, böyük oluruq o zaman kimsə bizə yaxın gələ bilmir və bizimlə hesablaşır. Bunu tarix sübut edir. Bunu bir çarəsi var: Azərbaycanın bütövləşməsi! Biz bu bütövlük uğrunda mübarizəmizi sürətləndirməliyik. Azərbaycanın ərazi bütövlüyü onun bütüövlüyündən, Təbrizdən keçir. Təsəvvür edin ki, bu bütövlüyün təminatı bizlərə nəyi vəd edir. Onda erməni daşnaklarının bizim maraqlardan kənar çıxış etməsi mümkün deyildir. Qarabağamızın qaytarılması da Bütöv Azərbaycandan keçir. Əminik ki, bu tarix yaxınlaşır. Dünyada yeni qaydalar işə düşüb. Dünyanın iri gücləri beynəlxalq qaydaları pozurlar. Biz bu günə hazır olmalıyıq. Azərbaycanın güneyi və quzeyində buna hazırlıq sürətlənməlidir. Bizim birləşməyimiz tarixin bir anında mütləq baş verəcəkdir. Bu həm də Uca Tanrının iradəsidir. O gün yaxındadır. Xalqımiza bu yolda əzmkarlıq arzulayıriq!
Bütöv Azərbaycan Ocaqları