Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Lukaşenko Moskvaya getməyə qərar verdi -Putinlə görüş olacaq...

Belarus prezidenti Aleksandr Lukaşenkonun yaxın zamanlarda Moskvaya səfər edəcəyi bildirilir. Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, Lukaşenko və Rusiya prezidenti Vladimir Putin görüş haqda razılıq əldə ediblər.

 

Yenixeber.org: Kremlin mətbuat xidməti bundan öncə Putin və Lukaşenko arasında avqustun 30-da daha bir telefon söhbətinin baş tutduğu və yaxın həftələrdə Moskvada görüşmək haqda razılıq əldə edildiyi haqda məlumat verib.

"Yaxın həftələrdə Moskvada görüş keçirilməsi barədə razılıq əldə edilib", Kremlin iki lider arasında telefon söhbətindən sonra verdiyi açıqlamada bildirilib.

Belarus prezidentinin mətbuat xidməti telefon söhbəti zamanı prezidentlərin günün aktual məsələləri, o cümlədən ikitərəfli əməkdaşlıq, eləcə də Belarusiyadakı vəziyyəti müzakirə etdiyini qeyd edib.

Vladimir Putin Belarusda hazırda minlərlə insanın etiraz etdiyi seçkilərdə qələbə münasibətilə Aleksandr Lukaşenkonu ilk olaraq təbrik edən liderlərdən biri idi.

"Rossiya 1" telekanalına verdiyi müsahibədə Putin Moskvanın Belarus seçkilərini tanıdığını bildirib. O həmçinin Belarus liderinin xahişi ilə Moskvanın "hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət rezerv" yaratdığını bildirib və bundan yalnız lazım olduqda istifadə olunacağını qeyd edib.

Belarusda seçkilərin nəticələrinə və seçkidən sonra nümayişlərin qəddarlıqla dağıdılmasına etiraz olaraq nümayişlər davam edir. Bazar günü Minskdə “Yaşasın Belarus” şüarı səsləndirən minlərlə insan etiraz nümayişinin keçiriləcəyini gözləyən polis tərəfindən əhatə olunmuş Müstəqillik Meydanına yürüş edib.

Media aksiyanın keçiriləcəyi yerə xüsusi texnika gətirildiyi, metal sədlər quraşdırıldığı və tikanlı məftillər çəkildiyi haqda məlumat verib. Belarus paytaxtının mərkəzində bir neçə metro stansiyasının bağlandığı bildirilir.Avropa İttifaqı və Birləşmiş Ştatlar Belarus seçkilərini tənqid edib və nümayişçilərə qarşı basqıları qınayıb. (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam