Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şəkidə -məclis təşkil edənlər cərimələndi

 

Şəki Şəhər Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər.

Ev sahibi M.Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam