Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağdaş sakinindən - -narkotik aşkarlanıb

 

Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş  34 yaşlı Fəqan Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı F.Nəbiyevdən kiçik ölçülü kağız və sellofan bükümlərdə narkotik vasitə tiryək,  psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Oradan da yuxarıda adları qeyd olunan narkotik vasitələr və psixotrop maddələr, həmçinin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam