Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncə avtovağzalında özbaşınalıq

 

DYP rəisi Rəhim Zalov və DNX-nin müdiri Xanoğlan Qasımovun «İVA» MMC-nin rəhbəri Namiq Həsənovla əlbir olaraq bir sıra qanunsuzluqla məşğul olduqları iddia edilir 

"Xeberinfo.com":  Məlum olduğu kimi, qanuna əsasən şəhərlərarası sərinişindaşımanın ən son müddəti saat 19:30 nəzərdə tutulub. Gecə saatlarında avtomobillərin hərəkətlərinin ciddi problem yaratdığı, habelə əksər qəzaların da məhz gecə saatlarında elə avtobuslar tərəfindən törədilməsi belə bir qaydanın tətbiqini zərur etmişdi. 

Etiraf edək ki, həmin qərar qüvvəyə minəndən bəri gecə saatlarında avtobusların sərnişindaşıma ilə məşğul olması nadir hallarda müşahidə olunub. Və müşahidə olunduğu təqdirdə isə müvafiq dövlət qurumları tərəfindən qqarşısı alınıb. Lakin görünən odur ki, bu qərarın Gəncə Avtovağzalı üçün heç bir əhəmiyyəti yoxdur. 

JAM.AZ xəbər verir ki, şəhər avtovağzalının idarəçisi qismində çıxış edən «İVA» MMC-nin rəhbəri Namiq Həsənov şəhərlərarası avtobusların hərəkət qrafikini öz bildiyi kimi təşkil edib. Məlumata görə, qaydalara əsasən 19:30-dan sonra sərnişindaşıma ilə məşğul olmaq qadağan edilsə də, Həsənovun tapşırığına əsasən bu vaxt saat 20:00-a və ondan sonrakı müddətlərə dəyişdirilib. 

Məlumatda deyilir ki, hər gün gecə saatlarında Gəncədən Bakıya sərnişin avtobuslarının çıxması adi normadır. «İVA» MMC-nin rəhbərinin tapşırığına əsasən hər bir sərnişindən biletə 5 manat 60 qəpik alınmalı olduğu halda, 7 manat tələb olunur. Düzdür, bu pulun hamısı Namiq Həsənova çatmır. Burada avtobus sürücülərinin də payı var. «İVA» MMC-nin rəhbəri isə onlardan 15 faiz əvəzinə, 35 faiz pul tutur. 

JAM.AZ-a verilən məlumatda o da qeyd olunur ki, bu prosesə məsul olan və təzlükəsizliyi təmin edən şəxslər də şərikdirlər. İddai edilir ki, Gəncə Şəhər DYP-nin rəisi Rəhim Zalovun, habelə Dövlət Nəqliyyat Xidmətinin Gəncə Regional Şöbəsinin müdiri Xanoğlan Qasımovun məsələdən xəbəri var və hər sərnişinən alınan 7 manatda onların da payı mövuddur. 

Vurğulanır ki, Namiq Həsənov bu işləri özünün ən yaxın adamlarından biri olan Amil adlı şəxsə tapşırıb. Üstəlik, bilet almaq üçün avtovağzalın kassalarına da müraciət etəmək lazım gəlmir. Çünki bütün biletlər əldə satılır. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam