Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub

 

Cəlilabadda polislə narkotacirlər arasında atışma olub.

Yenixeber.org: Hadisə rayonun Xanəgah kəndində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları içərisində narkotik vasitələr satan şəxslərin olduğu “Hyundai” markalı avtomobili saxlayıb.

Saxlanılarkən maşının sürücüsü tabesizlik göstərərək polisin xidməti BMW markalı avtomobilinin güzgüsünü sındırıb. Bu zaman polis əməkdaşları havaya xəbərdarlıq atəşi açıb. Nəticədə avtomobil saxlanılıb və orada olan Şərur rayon sakini Mirkərim Seyidov, Yardımlı rayon sakini Tərlan Behbudov, Şəmkir rayon sakini Rəşаd Sadıqov və Bakı şəhər sakini Anar Məmmədov tutulublar. Onlardan heroin götürülüb.

Polisin əməliyyatı zamanı havaya atəş açılarkən yaxınlıqdakı digər “Hyundai” markalı avtomobildə olan naməlum şəxs atəş açaraq maşını sürərək uzaqlaşıb.

Şiraslan adlı həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs atəşin ona tərəf açıldığını düşünərək üzərindəki silahdan havaya bir neçə dəfə atəş açıb və maşını sürərək hadisə yerini tərk edib. O, bir qədər irəlidə avtomobili aşırıb.

Faktla bağlı araşdırma aparılır. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam