Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabirabadda avtomobil kanala düşüb -2 ÖLÜ, 2 YARALI - Video

 

Sabirabad rayonunun Koğlar kəndi ərazisində baş vermiş yol qəzasında dünyasını dəyişən və xəsarət alanların şəxsiyyəti məlum olub.

 

Yenixeber.org:  Məlumatına görə, Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.

Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhiyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti daha ağırdır.

 

***

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb olunub. Yol qəzası nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir. Belə ki, ata ilə oğul dünyasını dəyişib. Ailənin digər oğlu və ana xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hazırda təfərrüatlar araşdırılır. (ONA)

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam