Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Naxçıvanda "Dreskod" təhlükəsi- Xəbərdarlıq

Naxçıvanda "Dreskod" təhlükəsi

 

 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi əhaliyə xəbərdarlıq edib ki, 6 fevral 2018-ci il tarixindən etibarən bir çox ölkələrdə android əməliyyat sistemi olan qurğulara Dreskod troyanı virusu zərbə vurmağa başlayıb

 

Yenixeber.org: Bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, android əməliyyat sistemi olan qurğularda işləyən və əsas fəaliyyəti qorunan şəbəkələrdən istifadəçilərə məxsus məlumatların oğurlanması olan DressCode troyanı 2016-cı ildə tədqiqatçılar tərəfindən aşkar edilib. Quql şirkəti isə bu məsələyə dərhal reaksiya verərək tərkibində zərərverici kodu olan yoluxmuş tətbiqetmələri Play Marketdən kənarlaşdırıb. Lakin insidentin üzərindən 16 ay keçməsinə baxmayaraq, DresKod troyanının silinmədiyi və fəaliyyətini davam etdirdiyi məlum olub.

Mütəxəssislər hesab edirlər ki, Quqlun həyata keçirdiyi tədbirlərə baxmayaraq, hazırda virus tam olaraq 4 milyon qurğunu yoluxdura bilib. O, xakerlərin serverlərinə qoşulması üçün telefonu SOCKS protokolundan istifadə etməyə məcbur edir və bununla da, nəinki yoluxmuş qurğuya, hətta onun qoşulduğu şəbəkəyə də giriş əldə edə bilir. DresKod troyanı yoluxmuş qurğunu konkret İP ünvanlara sorğu göndərməklə robot şəbəkə kimi istifadə edir. Virus, eyni zamanda onlayn pulqablarına və bank hesablarına kiberhücumlar həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi android əməliyyat sistemi olan qurğularda təhlükədən qorunmaq üçün yerli istifadəçilərə bildirir ki, DresKod troyanı virusunu aşkar etmək mümkünsüzdür və virusun mövcudluğuna şübhə yaradacaq yeganə əlamətin akkumulyatorun vaxtından tez bitməsi hesab olunur. Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə şübhəli görünən proqramları yükləməməyi, cihaza android əməliyyat sistemi üçün lisenziyalı antivirus proqramı qurmağı, cihaz düzgün işləmədiyi təqdirdə, android əməliyyat sistemini silib yenidən yüklənməsini tövsiyə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam