Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib- VİDEO

 

 

Bərdə rayonunda 16 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub

 

Yenixeber.org: Rayonun Lənbəran kənd sakini, 2002-ci il təvəllüdlü M.Hacıyevanı həmkəndlisi, 22 yaşlı Nəcməddin Əzizov qaçırıb. 

Qaçırılan qızın yaxın qohumu Sərvinaz Hacıyeva "Report"un yerli bürosuna bildirib ki, qız həmkəndlisi N.Əzizov tərəfindən zorla qaçırılıb. 

O, əlavə edib ki, qızı ailə qurmaq məqsədi ilə qaçırsalar da, bu, qanunlara ziddir.

Qızı qaçıran şəxsin anası Lalə Əzimova isə "Report"un  yerli bürosuna bildirib ki, qız öz istəyi ilə qaçıb: "Onlar bir-birini sevirdi. Valideynlərinin onu başqasına verəcəyini biləndən sonra qız mənim oğlumla qaçıb. Burada heç bir zorakılıq yoxdur".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam