Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatlar Gəncə bazarlarında qiymətlərə görə monitorinq keçiriblər

 

 

Milli Məclisin deputatları bu gün Gəncə şəhər bazarlarında qiymətlərlə bağlı monitorinq keçiriblər

 

Yenixeber.org: AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev “Grand Qafqaz” ticarət kompleksində olub, burada yaradılan şəraitlə maraqlanıblar.

Onlar ticarət kompleksinin mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan şəhər sakinləri ilə səmimi söhbətlər aparıblar. Sakinlər ticarət mərkəzindəki səliqə-sahmandan, göstərilən xidmətdən razılıq edərək bildiriblər ki, daha alış-veriş edərkən əsəb gərginliyi, vaxt itkisi deyil, göstərilən xidmətlərdən məmnunluq hissləri keçirirlər. Vurğulayıblar ki, kompleksin “Gəncə səbəti” adlanan hissəsində hər cür ərzaq və qeyri-ərzaq məhsullarını tapmaq mümkündür.

Ümumi ərazisi 20 hektar, tikinti altı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam