Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı,lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi

 

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı, lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi


BƏYƏM VİLYAM HACIYEVƏ NİZAMİ MƏMMƏDOVUN PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXMASI İLƏ BAĞLI MƏLUMAT VERİLMƏMİŞDİ? ELƏ İSƏ NƏDƏN TƏRƏQQİ MEDALINI MƏHZ ÖZ ƏLLƏRİ İLƏ NİZMİ MƏMMƏDOVUN SİNƏSİNƏ TAXIRDI? BƏLKƏ VİLYAM HACIYEV BUNUNLA KİMLƏRƏSƏ HANSISA MESAJI VERİRDİ?

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı, lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi


Yenixeber.org: Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev tərəfindən ciddi cəhdlə qorunur. Redaksiya gəlinən qənaəti əsaslandıracaq faktlara malikdir. Xatırladaq ki, cənab prezidentin "Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr - bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir" – tapşırığına baxmayaraq, bu ilin martın 8-də İmişli Suvarma Sistemləri idarəsinin rəisi, Nizami Məmmədov paytaxtın ən bahalı restoranlarından birində - “ALTUN” sarayda özü üçün ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirmişdi. Ölkə mətbuatı Nizami Məmmədovun təmtəraqlı yubiley-şousu ilə bağlı foto və video görüntülər təqdim etsə də, nə İmişli rayon İcra Hakimiyyətindən, nə də Meliorasiya və Su Təsərrüfatı ASC-dən hadisə ilə bağlı hər-hansı açıqlama verilmədi. Hər iki dövlət qurumunun hərəkəti, əslində isə hərəkətsizliyi mediaya sayqızsızlıqla paralel, qanun pozuntusudur. Kütləvi İnformasiya haqqında Azərbaycan Respublikası Qanunu 8-ci maddəsində - Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ – bölümündə deyilir: 

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı, lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi


- Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. 

Bəs İmişli rayon Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun ətrafında nə baş verir? Sıradan bir əyalət məmurunu toxunulmaz edən nədir və ya kimdir? Hadisələrə lap əvvəldən başlayaq. 

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı, lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi


Ölkə başçısının “Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm.” – mesajını nəzərə almadan özünə paytaxtın ən bahalı restoranlarından birində - “ALTUN” sarayda ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirən İmişli rayon Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun əfsanəvi yaşayışının bu ilk nüansı deyil. Xatırladaq ki, bu məmur ötən il 49 yaşını “ALTUN” sarayla qonuşu, “NEON PALACE”-da keçirmişdi. Sözsüz ki, məmurun harın davranışından istər tabeçiliyində çalışdığı Meliorasiya və Su Təsərrüfatı ASC-də, istərsə də İmişli rayon İcra Hakimiyyətində məlumatlı olublar. Bəs nədən Nizami Məmmədov toxunuzlmazlıq statusundadır? Mənbənin bildirdiyinə görə İmişli RİH-nin başçısı Vilyam Hacıyevin medianın Nizami Məmmədovun sou xarakterli yubileyi ilə bağlı foto və video faktları dərc etdiyi dönəmdə onun cəzalandırılması üçün addım atmaq şansları sıfır olub. Belə ki, ölkə prezidentinin kənd təsərrüfatı sahəsində ənənələrə qayıdış təklifinə uyğun olaraq İmişlidə də pambıq əkini ilə bağlı geniş kompaniyaya start verilmişdi. Sadə vətəndaşın əkdiyi bir neçə hektarlıq sahə ilə qarşıya qoyulan məqsədə çatmağın mümükünsüzlüyünü öncədən planlaşdıran Vilyam Hacıyev kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən iş adamları da daxil olmaqla, ayrı – ayrı nazirlik, komitə və səhmdar cəmiyyətlərin rayonda fəaliyyət göstərən müəssisə rəhbələrinə konkret rəqəmlərlə müşayət olunan göstərişlər vermişdi. 

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı, lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi


Hətta icra başçısı bir azda irəli gedərək, hər gün yuxarıdakı şəxslərdən gündəlik hesabatlar da istəyib. Sovetlər dönəmindəki kolxoz idarəçilk üsulu ilə müstəqil Azərbaycanın xüsusui mülkiyyət anlamını qarışıq salan başçısının bu “hesabat” siyasəti aylarla davam edib. Həmin dönəmdə İmişli Suvarma Sistemləri idarəsinin rəisi kimi Nizami Məmmədova da öz şəxsi maddi vəsaiti ilə böyük bir ərazidə pambıq əkməsi tapşırılıb. Mənbənin bildirdiyinə görə adları yuxarıda qeyd edilən şəxslərdən bir nəfər belə Vilyam Hacıyevin cızdığı xətdən kənara çıxmq imkanında olmayıb. Üzərinə böyük öhdəlik qoyduğu məmuru həmin dönəmdə görəvindən aldırması Vilyam Hacıyev üçün mənfi istiqamətdə əsl sürpriz olardı. Deməli yanlış olaraq təklifi öhdəlik kimi dəyərləndirib, PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXAN MƏMURU – NİZAMİ MƏMMƏDOVU MÜTLƏQ QORUMAQ LAZIM İDİ. Halbuki İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun əməli sayqısızlıqla paralel, eyni zamanda sadəcə harınlıq idi. Hələ bu qədər əldə etdiyimiz məlumata əsasən İmişli rayonu Çaxırlı kəndində bir villası, Bakının “Gənclik” metrosu adlanan ərazisində bir bahalı mənzili, paytaxtın Balaxanı kəndində bir villası, Audi Q7-də daxil olmaqla bir neçə xarici avtomobili, İmişlidə Qaragüvəndikli kəndi istiqamətində beton zavodu, mebel sexi və s.-i olan, guya bunları bir neçə yüz manat dövlətdən əmək haqqı almaqla əldə edən bu qədər sərvətə sahiblənmiş, toxunulmazlıq statusu ilə harınlığ etməsi sözsüz ki, təbiidir. 

Nizami Məmmədov Prezident iradəsinə qarşı çıxdı, lakin Vilyam Hacıyevin sevimlisinə çevrildi


NİZAMİ MƏMMƏDOVUN PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXMASINDAN CƏMİ 88 GÜN SONRA ADINI SU VƏ MELİORASİYA İŞÇİLƏRİNİN PREZİDENT TƏRƏFİNDƏN “TƏRƏQQİ” MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ SİYAHISINA SALDIRAN KİM OLUB? BƏYƏM VİLYAM HACIYEVƏ NİZAMİ MƏMMƏDOVUN PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXMASI İLƏ BAĞLI MƏLUMAT VEİLMƏMİŞDİ? ELƏ İSƏ NƏDƏN TƏRƏQQİ MEDALINI MƏHZ ÖZ ƏLLƏRİ İLƏ NİZMİ MƏMMƏDOVUN SİNƏSİNƏ TAXIRDI? BƏLKƏ VİLYAM HACIYEV BUNUNLA KİMLƏRƏSƏ HANSISA MESAJI VERİRDİ?Əslində bu tip məsələlərə məhz qanunların verdiyi imkanlardan istifadə edərək, rəsmi cavab verilsəydi hadisəyə medianın yendən qayıdışı zəruri olmazdı. 

Medianın Nizami Məmmədovla bağlı araşdırması isə ortaya daha ciddi nüanslar qoydu. Sən demə harın yaşam tərzi yalnız rəis ataya deyil, heç bir yerdə işləməyən tələbə övlada da aid imiş. Ağ rəngli “Gelenvagen“ və gümüşü rəngli “Audi Q7”-də ərəb şahzadələrinin həyatını yaşayan Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Sabir Məmmədlinin gecə həyatı və avtoşluğu ilə bağlı geniş bi lgilər və foto-video görüntülər əldə edilib. Zaman–zaman məsələyə qayıdıldıqca, həmin foto-video görüntülər dərc ediləcəkdir.(bakunews.az)

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırdır. 


ANONS: 

1. İmişli Suvarma Sistemləri idarəsinə gələn mal və materialların əsl təyinatı haradır?

2. SSRİ dönəmində, daha dəqiq desək, 1980-ci illərdə Sabirabadda 6 saylı sovxozun direktoru işləmiş, lakin dövlət əmlakını taladığına görə o vaxtkı Cinayət Məcəlləsinin 88.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Bəybala Quliyevin oğlu, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev “Qarabala” dediyi Nizami Məmmədovu nədən qoruyur?

3. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun da qoşulduğu qruplaşmada Nizami Məmmədova edilən jest nədr?

4. Nizami Məmmədovun oğlu Sabir Məmmədli hansı görəvə hazırlaşdırılır?

5. Məmur oğlunun dövlət əhəmiyyətli obyektin ərazisindəki avtoşluq videosi və s.


Bizi izləyin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam