Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Göyçayın İcra Başçısının bəd əməli...O, Əli Kərim adına Parka göz dikib

 Göyçayın İcra Başçısının bəd əməli...

 

 

Göyçayın İcra Başçısı Əli Kərim adına Parka göz dikib

 

Yenixeber.org: Görkəmli Azərbaycan şairi Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu Göyçay şəhərinin icra başçısı tərəfindən atası şair Əli Kərimin qəbri yerləşən parkın adının dəyişdirilərək şəhər parkı qoyulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. O, qeyd etmişdir ki, şəhərin icra başçısı yaxın vaxtlarda Əli Kərimin qəbrini oradan götürmək fikrindədir. P.Əlioğlu şəhərin icra başçısının bu addımını Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri olan, həyatdan vaxtsız getmiş şairin xatirəsinə hörmətsizlik kimi dəyərləndirmişdir. O, az qala bütöv bir nəslin Əli Kərimin “Qaytar, ana borcunu” şeiri ilə böyüdüyünü vurğulamışdır: “Bu gün belə bir şairi qəbirdə də rahat yatmağa qoymurlar. Kimlərinsə parka gözü düşüb, oranı əyləncə yerinə çevirmək istəyirlər. Mənəvi dəyərləri pula qurban vermək olmaz”,- deyə şairin oğlu əlavə etmişdir.

Paşa Əlioğlu demişdir ki, Əli Kərim adına park ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə salınmışdır. “Nə haqla Göyçay rayonunun icra başçısı belə bir hərəkətə yol verir. Şairin parkın girəcəyində qoyulmuş heykəli götürülərək parkın küncünə atılmışdır. Xatırladıram ki, parka Əli Kərimin adının verilməsi də, orada qəbrin yerləşməsi də həmin qərarda vardır”.

Paşa Əlioğlu sonda haqqın öz yerini tutacağına, Azərbaycanın milli- mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə müdaxilə edəcəyinə, ədalətin bərpa olunacağına inandığını bildirmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam