Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü- FOTO

 

Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü

 

Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.

Yenixeber.org: İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, buna səbəb evin bir divarının uçması olub.

Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".

R.Tağıyev qeyd edib ki, ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq: "Bu binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları yerləşəcək. Binanın tikintisi ilə nəvələri şəxsən məşğul olur. Onlar bu yaxınlarda Mirzə Ələkbər Sabirin gəlininin dəfn mərasimi üçün Şamaxıya gəlmişdilər. Gəlini Sabirin yanında dəfn olunub".

Qeyd edək ki, M.Ə.Sabir 1911-ci ildə 49 yaşında Şamaxıda vəfat edib və doğma şəhərində torpağa tapşırılıb. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam