Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncədə iğtişaşlar başlaya bilər: "İmamzadə"ni təhqir edən icra başçısının sürücüsü ölümcül döyüldü

 

Gəncə şəhər icra başçısı Elmar Vəliyevlə “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə arasında yaşanan gərginlik ölkədə böyük ajiotaja səbəb olub.
Xeberinfo.com:   Gəncədə hakimiyyət təmsilçisi ilə axund arasında yaşananlar Azərbaycanın ən böyük şiə şəhəri sayılan Gəncədə vəziyyəti hər an nəzarətdən çıxara bilər.
Xüsusi ilə Elmar Vəliyevin Hacı Tahirin Aşura günü İmam Hüseynin şəhadəti barədə dediklərini bütpərəstlik adlandırması vəziyyəti gərginləşdirən əsas məqam olub. Ən başlıcası isə Elmar Vəliyevin bir müddət öncə onun Azərbaycan prezidentinin sərəncamı ilə yenidən təmir və restavrasiya etdirilən “İmamzadə”yə sərxoş halda gələrək, dini ziyarətgaha yaraşmayan hərəkətlər etdiyi və “Allahı axtardığı” xəbəri də icra başçısı ilə dindar camiə arasındakı gərginliyin pik həddə çatmasından xəbər verirdi.
AzToday.az-a Gəncədən daxil olan məlumatlara görə, Elmar Vəliyevlə Hacı Tahir Abbaszadə arasında yaşanan gərginlik sonrası icra başçısı "İmamzadə"yə hücum təşkil edib. Hücum zamanı ziyarətgahda iki dindar saxlanılıb və onlar barəsində inzibati tədbirlər görülüb. Mənbənin sözlərinə görə, Elmar Vəliyevin sürücüsü də həmin qarşıdurma zamanı möhkəm döyülüb. Və onun hazırda xəstəxana şəraitində müalicəsini davam etdirdiyi bildirilir. Gəncədə baş verənlərə Bakıdan müvafiq müdaxiə ediləndən sonra vəziyyət bir qədər sakitləşib. Hadisədən dərhal sonra Bakıya gələn Hacı Tahir Abbaszadənin Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşmək cəhdlərinin hələlik nəticə vermədiyi deyilir...
 
Mənbə Bakıdan müdaxilə edilməyəcəyi təqdirdə Gəncədə Elmar Vəliyevin rəhbərlik etdiyi icra strukturları ilə dindarlar arasında gərginliyin açıq qarşıdurmaya keçəcəyini istisna etmir.
 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam