Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İcra başçısı xalası oğluna vətəndaşı döydürdü - TƏRTƏRDƏ SU QALMAQALI

natiq111

 

Dünən Tərtər Rayonun Dəmirçilər kəndində uzun zamandır ki, su üzünə həsrət qalan kənd  sakinləri aksiya keçirib.

 

Xeberinfo.com:  Bu barədə gununsesi.info-ya adıçəkilən kəndin sakinləri məlumat verib. Məlumatda bildirilir ki, may ayı daxil olandan kənd əhalisi nə içməli, nə də suvarma suyunu normal əldə edə bilir.

tt1musteqim

 

Aksiyaya müdaxilə edən polis qüvvələri kənd sakinlərini təhqir edərək, oradan uzaqlaşdırıb. Sakinlərdən Natiq İsmayılov isə ən çox polis zorakılığına məruz qalıb. Belə ki, aksiyadan xəbər tutan icra başçısı Müstəqim Məmmədova aksiyanın təşkilatçısı kimi Natiq İsmayılov adlı sakinin adını veriblər. O, da öz növbəsində polis rəisinin müavini işləyən xalası oğlu Əfqan Qurbanova zəng edərək, Natiq İsmayılovu həbs etməsini tələb edib. Xüsusi, zorakılıqla həbs olunan Natiq İsmayılov polisə aparılıb və orada fiziki zorakılığa məruz qalıb.

Bir neçə saatdan sorna sərbəst buraxılan Natiq İsmayılova icra başçısının adından xəbərdarlıq edilib.

Haqsız yerə döyülərək, həbs olunan Natiq İsmayılov DİN rəhbəri Ramil Usubova şikayət edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam