Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Göygöl necə qumarxanaya çevrildi?

Göygöl necə qumarxanaya çevrildi?

Arif Seyidovun yarıtmaz fəaliyyəti Heydər Əliyevin qadağan etdiyi oyunların rayona ayaq açmasına rəvac verib

Xeberinfo.com:   Mərhum prezident, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar qadağan etdiyi qumar oyunları artıq bütün ölkəni bürüməkdədir. Göygöl rayonunda isə qumarxanalar açıq şəkildə fəaliyyət göstərir və kimsə buna söz demir. Məlumata görə, rayonun icra başçısı Arif Seyidovun yarıtmaz idarəçiliyi sayəsində ortaya çıxmış vəziyyəti düzəltmək demək olar ki, mümkün deyil. 

Qeyd edək ki, rayonda hazırda onlarla lotoxana, kazino fəaliyyət göstərir. Artıq təkcə Göygölün gəncləri deyil, kənar rayonların da gəncləri rayona gələrək, qumar oyunları oynayırlar. Belə ki, qumarxanalarla bağlı təbliğatlar da məhz qonşu rayonlarda daha çox aparılır ki, daha çox müştəri toplaya bilsinlər. 

Rayonun ağsaqqalları dəfələrlə məsələ ilə bağlı Göygöl icra başçısı Arif Seyidova məlumat verərək, ondan tədbir görməsini istəsələr də xeyri olmayıb. Buna səbəb isə Arif Seyidovun özünün prosesdə maraqlı olmasıdır. Belə ki, Göygöldə fəaliyyət göstərən bütün qumarxanaların hamısı icra başçısına aylıq haqq verir. Hətta bəziləri də var ki, onların birbaşa himayəçisi elə icra başçısının özüdür. Daha dəqiqi, Arif Seyidov adamları vasitəsiylə qumarxanalar yaradaraq, bununla daha rahat pul qazanmaq yolunu seçib. 

Bildirək ki, Göygölün icra başçısının bu hərəkətləri artıq əhali arasında da ciddi narazılıq yaradıb. İnsanlar artıq küçələrdə rahatlıqla gəzə bilmədiklərini, qumarxanalar üzündən qulaqları eşitmədiyi söyüşlər eşitdiyini vurğulayırlar. Onlar bildirirlər ki, Arif Seyidovun sayəsində yaranmış biabırçı durumu aradan qaldırmaq üçün artıq Prezident Aparatına şikayət etmək məcburiyyətində qalıblar. Yaxın günlərdə isə Bakıya gələrək, dərdlərini demək fikrindədirlər.(Politika.Az ) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam