Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mahir Quliyev kənd sakinləri ilə görüşdü - FOTOLAR

 

Bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Dərvişli kəndində Dərvişli, Aşağı Cürəli, Əsgərabad kəndlərinin ziyalıları, sahibkarlar, torpaq mülkiyyətçilərinin iştirakı ilə görüş keçirdi.

 

Xeberinfo.com:   Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri  və kəndlərin sakinləri iştirak etdi.

Görüşdə çıxış edən  Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərdən danışaraq bildirdi ki, bu gün  dünyada baş verən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam edir.Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiya sayəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halının daha da yaxşılaşması, dövlətimizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi və  milli dövlətçilik maraqları təmin edilir.Cənab Prezidentimiz dünyada və regionda gedən proseslərə baxmayaraq daima öz vətəndaşını düşünür və əhalimizin yaxşı yaşaması naminə əlavə tədbirlər görür.Cənab İlham Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə icra olunan proqramlar imkan verəcək ki, bu böhranlı vaxtlarda da ölkəmiz inkişaf etsin, əhalimizin sosial vəziyyəti daha da yaxşılaşsın.Ölkəmizdə sahibkarlığın və  kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə  sahibkarlara və torpaq mülkiyyətçilərinə  hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı dövlət başçısının tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda da bu istiqamətdə müvafiq tədbirlər aparılır.Sahibkarlar və mülkiyyətçilərin qarşılaşdığı  problemlərin operativ həlli, onlara köməkliklərin göstərilməsi və  təkliflərinin dinlənilməsi və araşdırılması  məqsədilə  Biləsuvar rayon icra Hakimiyyətində müvafiq Qərargah yaradılmış və “Qaynar xətt” (295-02-11) istifadəyə verilmişdir.Daxil olan hər bir müraciət və təkliflərin dəqiqliklə araşdırılaraq dərhal icrası istiqamətində işlər aparılması üçün rayon İcra Hakimiyyətində Apellyasiya Şurası fəaliyyətə başlamışdı.Bundan əlavə qərargah rayonun inkişafı məqsədilə görüləcək işlər, yaradılacaq iş yerləri barədə araşdırmalar aparmışdır.

 

M.Quliyev bildirdi ki, Biləsuvar rayonu əsasən  kənd təsərrüfatı rayonu olduğu üçün rayonda ilk növbədə bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunmalı, heyvandarlıq inkişaf etdirilməli və yeni iş yerləri yaradılmalıdır.Xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş sahəsi olmaqla əhalinin əsas  gəlir mənbələrindən olmuşdur. Bu sahənin inkişafı üçün Biləsuvar rayonunun əlverişli  şərait vardır.Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalmışdır.Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul  yığımında istifadə olunan  texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır.

M.Quliyev qeyd etdi ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında da cənab Prezident kənd təsərrüfatı sahələrinə bir çox güzəştlərin olunacağını bildirdi. Hazırda kənd təsərrüfatı ilə, xüsusilə pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır. Kəndlərdə heyvandarlıq inkişaf etdirilməli və bu sahədə məhsuldarlığın artırılması məqsədilə müasir texnoloji yeniliklərdən istifadə olunmalıdır.

Görüşdə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov çıxış edərək bildirdi ki, rayonlarda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun  olaraq mülkiyyətçilərə kənd təsərrüfatı kreditlərin verilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasına köməkliklər göstərirlər.Hər bir mülkiyyətçi bu məsələlərlə bağlı təşkilata müraciət edə bilər.

Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev  Dərvişli, Aşağı Cürəli, Əsgərabad və Muğankənd kəndlərinin sakinlərinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Sakinlər  tərəfindən  qeyd olunan  hər bir problem və təkliflər ümumləşdirilərək icrası nəzarətə götürüldü.

Görüşdə iştirak edən kəndlərin sakinləri çıxış edərək   ölkə rəhbərinin diqqəti və qayğısı nəticəsində  rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri razılıq hissi ilə qarşıladıqlarını, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək cənab İlham Əliyevin siyasətini daim dəstəkləyəcəklərini bildirdilər. Görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeydilər.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam