Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağstafa səhiyyəsi rüşvət bataqlığında!

 

Baş həkim öz maraqları üçün çalışır

Xeberinfo.com:  Respublika səhiyyəsində çatışmazlıqların sayı günü-gündən artır. Xüsusilə də regionlarda tibbi xidmətin səviyyəsi həddən artıq aşağıdır. Çox zaman xəstələr regionlardakı tibbi xidmətin keyfiyyətinə inanmadıqlarına görə paytaxta üz tuturlar. Belə rayonlardan biri də Ağstafa rayonudur.

Bu rayonun səhiyyəsi acınacaqlı durumdadır. Xüsusilə  Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaşanan özbaşınalıqlar rayon sakinlərini cana yığıb. Heç kəs sözügedən xəstəxananın fəaliyyətindən razı deyil. Ora müraciət edənlər isə paytaxta gəlməyə imkanı olmayan şəxslərdir. Bütün bunları redaksiyamıza daxil olan şikayət məktubları əsasında demək mümkündür.

 

 Təəssüflər olsun ki, bəzi yarıtmaz kadrların şəxsi marağı səhiyyə sahəsindəki işlərə kölgə salmaqdadır. 


Redaksiyamıza daxil olan məqalədə deyilir ki, Ağstafa Rayon Səhiyyəsində baş verənlərə nəzər salanda açıq-aşkar məlum olur ki, baş həkim İlham Mustafayev ancaq Dövlət mənafeyindən çox öz mənafeyini güdür. Onu deyək ki, 2011-2012-ci illərdə sabiq baş həkim Elşad Məmmədovun dövründə Ağstafa Mərkəzi Xəstəxanasının binası, poliklinika, təcili yardım və digər şöbələr Avropa standartlrına uyğun şəkildə əsaslı təmir edilmiş, müasir tibbi avadanlıqlarla, həm də bərk, yumşaq inventarlarla təmin olunmuşdur.

Yeni təyin olunan baş həkim İlham Mustafayev ilk andaca korrupsiyaya yuvarlandı, tibbi xidmətlər pullu oldu. Cərrahiyyə, reanimasiya şöbələrinə, müalicə kabinetlərtinə “ağentlər” qoyuldu. Baş həkimin işi ancaq həkimlərin dövriyyəısini hesablamaq oldu. 

Baş həkimin 2 il müddətində Qazağın Ağköynək kəndinin mərkəzində tikdirdiyi 3 mərtəbəli villanı görəndə təxmini hesablamalar göstərir ki, Mustafayev hər il üçün 1 milyon qazana bilib.

Açıqca hiss olunur ki, İlham Mustafayevin Dövlət vəsaitini mənimsədiyindən büdcəmiz maliyyə böhranı keçirir, neçə-neçə insanlar sağlamlıqları naminə kreditə düşərək, yoxsullaşıblar.. Məsələn, Ağstafa Mərkəzi Xəstəxanasının binası, poliklinika şöbəsi və digər şöbələr bir sahədə yerləşir. Çöldən-çölə tikililər 9000 kvadrat metrə yaxındır. 9000 kvadrat metr tikili yəqin ki, azı 200-250 kabinetlərdən, zallardan, mətbəxlərdən, sanitar qovşaqlardan ibarətdir.Təsərrüfat müdirinin dediyinə görə, bütün tikililər üçün 2010-cu ildə 27511508 nömrəli qaz sayğacı quraşdırılıb. 2015-ci ilin dekabrında sayğaca nəzər salanda məlum oldu ki, məsrəf rəqmi 132543-dür. Qaz məsrəfi barədə düşünmək xeyli ağırdır. Açıqca hiss olunur ki, binaların isinməsi, qovşaqlarda isti su olması, xəstələr üçün isti nahar hazırlanması üçün məsrəf olunası qaz çox azdır. Deməli, kağiz üzərində aparılmış 270 mantlıqdan çox ərzaq xəstələrə çiy paylanmışdır. Səhiyyə işçiləri və xəstələr isti suya möhtac olmuşlar. Həmin binalar üçün 3 qazanxana qurulmuşdur. Qazanxanaları işlədənlər də mövcuddur. 

Mənbə bildirir ki, bu qədər saxtakarlıqların qabağında baş həkim istilik idarəsinə pul köçürməklə faizini götürə bilmişdir. 

Fikir verin, Avropa stilli təmir olunmuş səhiyyə şöbəsi üçün ilk andaca baş həkim 126 min manat cari və əsalı təmirə pul ayıraraq nəğdləşdirib. Təmiri həyata keçirən MMC ilə maraqlanəılsa, hər şey aydın olar. Onda məlum olar ki, həmin 126 min manatın 120 mini baş həkimin halalca qazancı olub. İdarənin digər xərcləri maddəsi üzrə malların satın alınması üçün 19.160, dəftərxana ləvazimatı üçün 39.369, yumşaq inventar üçün 35.200 manatların taleyi daha müəmmalıdır. Artıq qaimılər “bağırmaqdan” səsləri batıb. Xatırlasaq ki, bu qeyd olunanlar 1 illik əməliyyatdır. 2015-ci ilin axırıncı kvartalında alınan 53 min manat 16 qəpiklik ərzaqı xəstələr hələ də mətbəxdə gözləyirlər. MX-yə qəbul olunan xəstələrin sayının şişirdilməsi və qondarma təcili yardım çağırışları baş həkimin ilkin ixtiralarındandır.

 

Redaksiyadan:  Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam