Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lerikdə işçilər etiraz aksiyası keçirəcək

 

“Bizim pulumuz tezliklə ödənməsə, səsimizi çatdırmaq üçün Lerik icra hakimiyyətinin qarşısına gedəcəyik”

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Vüqar İbrahimov söyləyib. Bolgexeber.com-a yazan şikayətçi deyir ki, o və 50-ə yaxın işçi ötən il Lerik rayonunda Boykəndil kəndində məktəb tikintisində çalışıblar. Zəhmətlərinin haqqını isə ala bilməyiblər. Vüqar İbrahimovun sözlərinə görə, onlar 30 min manata qədər pul almalıdılar. Lakin nə pulu ödəyən var, nə də onların səsinə səs verən. Dərd orasındandır ki, “pul veriləcək”sözünü dilə gətirən də yoxdur. Fəhlələr isə hər dəfə “pul” deyəndə onları ya Lerik rayon icra hakimiyyətinə ya da tikinti şirkətinə yönəldirlər. Beləcə 1ildi 50-ə yaxın işçi öz pulunu ala bilmir.Vüqar İbrahimov deyir ki, bu dəfə də onların şikayəti eşidilməsə fəhlələr sözlərini çatdırmaq üçün Lerik icra hakimiyyətinin qarşısına yığışacaqlar. Biz iddiaya aydınlıq gətirmək məqsədilə icra hakimiyyətilə əlaqə saxlamağa çalışdıq.Lakin cəhdlərimiz nəticəsiz qaldı.

 

Redaksiyadan:  Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam