Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Horadizdə möhtəşən “Alov festivalı”

 

Ölkəmizin şəhər və rayonlarını dolaşan Birinci Avropa Oyunlarının məşəli mayın 7-də Qarabağ torpağına – cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirildi.

"Xeberinfo.com":   Axşam saatlarında məşəlin gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.

Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov Birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl yürüşü başlandı. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəldilər.

Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” Birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşıladılar.

Sonuncu yürüşçü Rövşən Ələsgərov səhnəyə qalxaraq, Birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırıldı. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaqdır.

Qəhrəmanlar Parkında keçirilən festival əsl xalq bayramına çevrildi. Mərasimdə aprelin 26-da Birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qaldı. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 15 min nəfərdən artıq Füzuli sakininin böyük sevincinə səbəb oldu.

Füzuli rayon sakinləri Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdilər. Bildirdilər ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir. Birinci Avropa Oyunlarının məşəlinin ölkəmizin bölgələrini gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar həm də Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Bu gün bütün dünya Azərbaycanın mədəniyyəti, tarixi, insanları haqqında məlumatlanır, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, kənd və qəsəbələrimizdə gedən sosial-iqtisadi inkişafın şahidi olur. Bütün bunlara görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Məşəl festivalı atəşfəşanlıqla başa çatdı.
















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam