Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
Günün xəbəri

XİN müavini jurnalistlərə açıqlama verib

 

“Biz Türkiyə və Rusiya arasında münasibətləri yüksək səviyyədə qurmağa çalışırıq. Türkiyə ilə Rusiya arasında son dövrlərdə münasibətlərin yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur və biz bunu alqışlayırıq"

"Xeberinfo.com":  Məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, hər iki dövlətlə yüksək səviyyədə münasibətlər qurmaq vacibdir. Onun sözlərinə görə, Rusiya və Türkiyə regionun nüfuzlu dövlətləridir və Azərbaycanın hər iki dövlətə yüksək etimad münasibəti var. 
“Türkiyənin inkişaf etməsi Azərbaycanın marağına uyğundur. Biz bunu alqışlayırıq. Region dövlətləri arasında münasibətlərin inkişafı əlaqələrin genişlənməsinə, bölgənin təhlükəsizlik və sabitliyin qorunmasına xidmət edir”.
Onun sözlərinə görə, regionda sabitliyin qorunması münaqişələrin həllinə müsbət təsir göstərəcək: “Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçidir, Türkiyə Ermənistanla da qonşudur, bu o deməkdir ki, iki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər. Biz də bunu gözləyirik”.
O, regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağında olduğunu da vurğulayıb. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam