Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Yevlaxda 15 milyonluq abadlıq işlərinin altından boylanan qorxunc korrupsiya

 

Yevlaxın icra başçısı Qoca Səmədovla müavini ümumi şəkildə Yevlaxın abalaşqdırılması üçün ayrılan vəsaitin minimum 2/3 hissəsini mənimsəyiblər - İddia

"Xeberinfo.com":  Hesablama Palatasının Yevlaxda aşkarladığı yeyintilərin miqyası o qədər böyükdür ki, bunları ört-basıdır etmək, yaxud da yeyintilərin hesabını vermək icra başçısı üçün çox çətin olacaq.
Yevlaxın icra başçısı Qoca Səmədovla müavini Namiq Süleymanov təlaş içindədirlər. Bu barədə Yevlaxdan AzFakt.com daxil olan məlumatda bildirilir ki, başçı və müavini Hesablama Palatasının yoxlamasından ciddi şəkildə təşviş keçirirlər. Belə ki, ortaya çıxarılan nöqsanların miqyası istər Qoca Səmədovun, istərsə də, başçının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namqi Süleymanov üçün yaxşı heç bir şey vəd etmir.
AZFakt.com məlumat verir ki, Hesablama Palatasının son aylar rayonlarda və dövlət qurumlarında apardığı yoxlamalar və ortaya çıxarılan nöqsanlar, maliyyə maxinasiyaları rayon icra başçısı Qoca Səmədovu və başçının müavini-sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Namqi Süleymanovu ciddi şəkildə əndişələndirib.
Belə ki, son 3 ildə rayonun abadlığı üçün ayırlan vəsaitlərin xərclənməsində ciddi maliyyə maxinasıiyaları və mənimsəmə halları mövcud olub və hazırda başçı və müavini «cidanı çuvalda gizlədə bilmirlər». Çünki sənədlərdə son 3 il müddətində Yevlaxın abalaşdırılmasına 15 milyon manat sərf olunducu göstərilsə də, görülən işlər 5 milyon civarındadır. Bu işlərin yarısından çoxunu isə yerli sahibkarlar öz vəsaitləri hesabına həyata keçiriblər.
Qeyd edək ki, son üç ildə rayonda yalnız bir neçə küçə təmir edilib, hasarlar üzlənib, icra hakimiyyətinin ətrafı təkrar təmir edilib, avtovağzalın yanı və mərkəzi hissələrdəki səkilər yenidən tametlənib, işıq dirəkləri başqaları ilə əvəzlənib. Yevlaxda görlən işlər ancaq bundan ibarət olduğu üçün icra başçısı ilə müavini üzləşəcəkləri vəziyyəti yaxşı bilirlər. 
AzFakta daxil olan məlumatda göstərilir ki, sənədləşdirmələrdə qiymətlər bir neçə dəfə şişirdilib. Misal üçün sənədlərdə 1 ədəd işıq dirəyinin qiymətini 2200 manat göstərilib və əslində isə həmin dirəklər 600 manat civarında əldə olunub.    Bundan başqa şəhərin mərkəzi hissələrində yerləşən səkilərin tametlənmsi, parkların yenidən təmir olunması və mərkəzi küçələrin təkrar asfaltlanması işlərindədə böyük həcmli yeyintilərin olduğu bildirilir. 
Mənbə iddia edir ki, Qoca Səmədovla müavini ümumi şəkildə minimum Yevlaxın abalaşqdırılması üçün ayrılan vəsaitin 2/3 hissəsini mənimsəyiblər və bu da təbii ki, yuxarı instansiyalarda ciddi qəzəb yaradacaq. Buna baxmayaraq çıxış yolu da yoxdur. Çünki xərclənən vəsait də, görülən işlər də ortadadır. 
Mənbə bildirir ki, yaranmış vəziyyətdən ən çox narahat olan Namiq Süleymanovdur. Çünki Namiq Sülemanov uzun müddətdir ki, ətraf rayonlardan birinə icra başçısı təyinatı almağa çalışır. Bu durumda isə iddalı başçı müavinin qara siyahıya düşməsi qaçınılmaz görünür.
Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.
AzFakt.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam