Dünyada koronavirus bəlasının qurbanları artıqca, özünüqoruma instinki də, metodları da artır. Xüsusilə İtaliyada çoxsaylı adamların bu virusdan ölməsi, üstəlik, itkilərin çoxunun süni nəfəs aparatının olmaması səbəbindən həyatını itirməsi adamlarda qorxu hissini artırıb. Rusiyada bu günə olan məlumatlara görə, bir gündə 71 nəfərdə bu virus tapılıb ki, hamısı paytaxt Moskvada qeydiyyatdadır.
Yenixeber.org: Qeyd edək ki, Rusiyada bu xəstəlikdən ölən yoxdur, amma martın 26-dan Moskvada 65 yaşı olmuş bütün şəxslərin şəhərə çıxmaq yasağı barədə əmr imzalanıb. Moskva merinin bu gün imzaladığı qərarda deyilir ki, onlardan işləyənlər olanların məvacibləri saxlanacaq, pensiyaları da daxil olmaqla adlarına açılan hesaba götürüləcək. Bunu üçün heç hara müraciət etmək lazım deyil, müvafiq qurumlar özləri bu məsələni həll edəcək. Bundan başqa volontyorlar onların telefonlara zəng edərək bütün zəruri qida və dərman ehtiyaclarını ödəyəcəklər. Merin digər əmri ilə məktəblilərin nəqliyyatdan pulsuz gediş limitlər də ləğv olunub. Buna səbəb isə virusla əlaqədar məcburi tətilə buraxılan şagirdləri küçələrdən yığışdırmaqdadır. Qadağa və preventiv tədbirlərə baxmayaraq, hər gün Rusiyada da virusa yoluxanların sayı artır.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, şimal qonşumuzda villa və ofisində şəxsi reanimasiya aparatları quraşdırmaq istəyən varlıların sayı artıb. Onlar ofislərində və villalarında ailə üzvlərinin sayına uyğun süni nəfəs aparatı olmaqla reanimasiyalar qurdurmaq üçün icraçılar axtarırlar. İddia olunur ki, koronavirus xəstəsi üçün lazım olan ilk ən önəmli aparat-sünü nəfəs aparatının qiyməti 500 min rubladək artıb ki, onu tapmaq da indi müşkül işdir. Qeyd olunur ki, varlılar Moskvada bəzi həkimlərə evlərində koronavirusdan müalicə olunmaq üçün reanimasiya qurmaq haqda müraciətlər daxil olub. Ekspertlər qeyd edir ki, süni nəfəs aparatı almaq hələ Koronavirusdan sığortalanmaq deyil. Reanimasiya qurmaq üçün bir neçə vacib şərt də var ki, onlardan biri də qan analizləri üçün laboratoriya qurulmasıdır. «Ən yaxşısı isə xəstəxanada bu şəraiti yaratmaqdır»deyə, moskvalı həkimlərdən biri xəbəri hazırlayan müxbirə deyib. Bəs, Bakıda necə bu cür hazırlıq və ya aparatlar varmı?
İnternet üzərindən apardığımız araşdırmadan belə məlum oldu ki, hələ koronavirus yayılmazdan öncə bu cür aparatlar satan olub. Əlbəttə, görünür ki, bu, yüksək texnoloji reanimasiya üçün nəzərdə tutulan aparatlar deyil. Məsələn, elanların birində Türkiyədən 14 min manata alınmış süni nəfəs aparatını 8 min manata satılması barədə bir elan yerləşdirilib...
Bakıda satılan süni nəfəs aparatı yazarsan
Məlumat üçün deyək ki, süni nəfəs aparatı tənəffüs ya ağciyərlərin kəskin tənəffüs çatmazlığı və ümumi narkoz vaxtı orqanizmin oksigen təminatını təmin etmək üçündür. Süni tənəffüs aparatı təcili tibi yardımın - reanimasiyanın əsas sütunu hesab olunur. Süni tənəffüsün tam nəzarətli taktikası zamanı xəstə xüsusi preparatlarla modikamentoz komaya salınır, traxeya intubasiya edilərək süni tənəffüs aparatına keçirilmiş olur. Bu zaman pasient tam şəkildə süni tənəffüs aparatından asılı olur.(musavat)
Orxan