Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov özünün hələ avqust ayından hazırladığı siyahı üzrə bir sıra şəxsləri Nəsimi Rayon Bələdiyyəsi üzvlüyünə seçdirmək qərarı verib.
Yenixeber.org: Yaxın zamanlarda özünün vəzifəsini itirmək təhlükəsi olan icra başçısı son şans kimi Nəsimi bələdiyyəsinə öz yaxın adamlarını seçdirmək və bununla da bələdiyyəni nəzarətdə saxlamaq niyyətindədir. Nəsimi rayonunda yerləşən DSK-lar icra başçısının ciddi təzyiqi altındadır və onun razılığı olmayan heç kimə sakinlərlə kütləvi görüş keçirməyə razılıq verilmir. Hətta başçıya yaxın olan bir sıra namizədlər imza vərəqələrini təhvil vermədən qeydə alınıblar. İcra başçısı JEK-lərin səlahiyyətlərinin qısa zamanda bələdiyyələrə keçməsi ehtimalını nəzərə alaraq, bütün JEK müdirlərini namizəd kimi irəli sürüb. Bu JEK-lər xalqın ən narazı olduğu yerlərdir, indi bələdiyyə olub nə edəcəklər?!
İcra başçısının bələdiyyəyə üzv seçdirmək istədiyi siyahı aşağıdakı kimidir:
YAHYAYEV ELMAN SOLTAN - NƏSİMİ RAYON MƏNZİL KOMMUNAL İSTİSMAR SAHƏSİNİN RƏİSİ ZEYNALOV ƏZİZ FƏRRUX- NƏSİMİ İCRA HAKİMİYYƏTİ RİHB-NİN 2 NÖMRƏLİ SİƏD ÜZRƏ NÜMAYƏNDƏ HƏŞİMOV SÖHRAB SADIX- AZƏRBAYCAN DƏMİR YOLLARI QSC-NİN ŞÖBƏ MÜDİRİ ALIQULİYEV YASİN MƏHƏMMƏD- 23 SAYLI MKİS RƏİS HACIƏLİBƏYOV NAZİM ƏNVƏR- AZTV NİYAZİ ADINA SİMFONİK ORKESTRİNDƏ BAŞ DİRİJOR QARAXANOV NAZİM ŞAMXAL- NƏSİMİ RAYON BƏLƏDİYYƏSİNİN SƏDRİ QULİYEVA VÜSALƏ BAYRAM- 19 N-Lİ TAM ORTA MƏKTƏB, MÜƏLLİM HACIYEV RAHİB SƏFƏRALI -NƏSİMİ BƏLƏDİYYƏSİNDƏ SƏDR MÜAVİNİ ƏSƏDOV HƏBIB HƏSƏN - BADAMDAR BƏLƏDİYYƏSİNİN MÜTƏXƏSSİSİ HACIƏLİYEV MAHMUD ELXAN-SAHİBKAR ƏMMƏDOV KAMANDAR HÜSEYN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA "AXA"APARICI BAYTAR-HƏKİM ALLAHVERDİYEV ŞÜKÜR İSMAYIL- SAHİBKAR XƏLİLOV TOĞRUL BULUDXAN- P. AQRO M.M.C-DƏ MÜTƏXƏSSİS MƏMMƏDOV FAİQ İBRAHİMXƏLİL- SELEKTİVE HOTELİS RƏHBƏR KƏRİMOV XALİD ƏBÜLFƏZ -NƏSİMİ BƏLƏDİYYƏSİ İCTİMAYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİNİN MƏSLƏHƏTÇİSİ İSAYEVA GÜLAYƏ ÇİNGİZ- 65 SAYLI MƏNZİL KOMMUNAL İSTİSMAR SAHƏSİ. BAŞ HESABDAR