Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qəza: kişi qadın sürücünü elə söydü ki... -Video

Yolda baş vermiş adi qəzaya görə xanım sürücünü kobud sözlərlə təhqir edib əl qaldıran şəxs ancaq qadının şikayəti əsasında inzibati məsuliyyətə cəlb edilə bilər.

Yenixeber.org:Məlumata görə, bu sözləri yol-nəqliyyat eksperti Elməddin Muradlı bu yaxınlarda Sumqayıtda baş verdiyi deyilən və sosial şəbəkələrdə yayılan qəza hadisəsi zamanı kişi sürücünün qadın sürücünü təhqir etməsi və ona əl qaldırmasına münasibət bildirərkən deyib. E.Muradlı bildirib ki, ağsaqqal bir kişi sürücünün bəsit qəza səbəbindən bir xanıma qarşı ictimai yerdə belə kobud hərəkətə yol verməsi başa düşülən deyil:

“Baş verən istənilən yol-nəqliyyat hadisəsi zamanı mütləq şəkildə bir tərəf, bəzi hallarda isə hər iki tərəf günahkar olur. Yollarda belə xırda qəzaların baş verməsi təbiidir. Ancaq baş vermiş belə xırda qəzadan sonra kişi sürücünün digər avtomobili idarə edən qadın sürücünü yol ortasında, ictimai yerdə təhqir etməsi, nalayiq sözlərlə söyməsi və hətta təzyiq göstərib əl qaldırması yolverilməzdir. Kişi sürücülər belə bir-birinə qarşı bu şəkildə aqressiya nümayiş etdirmir. Bir kişinin qadına qarşı belə addım atması isə daha utancvericidir. İlk növbədə bu bir kişiyə yaraşan hərəkət deyil. Nəzərə almaq lazımdır ki, qəza yüngül olub, xəsarət alanın da olmadığı hiss olunur. Bu halda kişi sürücünün bu qədər kobud rəftarı və hətta xanıma əl qaldırması anlaşılmazdır. Bu ictimai mədəniyyətinin, ictimai əxlaqın kobud şəkildə pozulması deməkdir”.

 

E.Muradlı bildirib ki, xanım sürücü təhqir olunması ilə bağlı mütləq şikayət etməlidir. Bu, həm də belə kobud sürücülərə dərs olar:

“Xanımın şikayəti əsasında həmin şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. İctimai yerdə xanımı təhqir etdiyi üçün şəxs cərimələnə bilər”.

Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıtda baş verdiyi deyilən bir qəzadan sonra kişi sürücünün qadına qarşı nalayiq ifadələr işlətdiyini əks etdirən video yayılıb. Videodan görünür ki, 10 MX (və ya HX) 998 dövlət nömrə nişanlı “Luksus-570” markalı avtomobilin sürücüsü olan kişi təlim maşınında olduğu görünən qadın sürücüyə qarşı əxlaqdankənar ifadələr işlədir. (Axar.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam