Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vilyam Hacıyevdən sahibkarlara təhdid... -İTTİHAM

Vilyam Hacıyevdən sahibkarlara təhdid...
 İmişli rayon icra hakimiyyətinin başçısı adından bu həftədən rayon ərazisində fəaliyyət göstərən təsərrüfat rəhbərlərinə və sahibkarlar qarşısında qanunsuz tələblər qoyulub.
Yenixeber.org: Bu barədə redaksiyamıza rayondakı qaynaqlar informasiya verib.

Xəbəri verən mənbə iddia edir ki, yaxın vaxtlarda vəızifəsindən alınacağı haqda məlumatlı olan İmişli RİH rəhbəri Vilyam Hacıyevin yaxın adamları yerli sahibkarlardan pul toplamaqla məşğuldurlar.

Mənbənin saytımıza söylədikləri: "Əslində bu "kampaniya" səbəbsizdir. Ad da qoymurlar. Yəni abadlığamı xərclənəcək, yoxsa yerli RİH-in hansısa başqa zəruri addımlarına sərf olunacaq... Heç nə demirlər. Eləcə deyirlər ki, başçı belə deyib. Ortalama 1000-2000 arası pul yığırlar. Hər şey isə gün kimi aydındır. Vilyam müəllimi başqa rayona göndərəcəklər. Ona görə də İmişliyə son zərbəsini vurur..."

Qeyd edək ki, məhz bu özbaşına pultoplama kampaniyasına görə, artıq bir qrup sahibkar adından ölkə rəhbərliyinə müraciət də hazırlanır. Yaxın vaxtlarda həmin müraciəti də təqdim edəcəyik.

Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam