Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Avtomobil Yolları Dövlət Agentliyində restoran biznesi:Ələt-Astara magistralında rüşvət tələsi

 

Yeni istifadəyə verilmiş Ələt-Astara magistralı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi üçün sözün əsl mənasında rüşvət mənbəyinə çevrilib.

Yenixeber.org: Redaksiyamıza müraciət edən sahibkarlar bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Əvəz Qocayevin tapşırığı əsasında magistral boyunca fəaliyyət göstərən restoranların yolu bağlanıb. Yeni yol çəkilən zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri sahibkarlara 100 min manat rüşvət hesabına restoranlara giriş-çıxış üçün şərait yaradacığını söz versələrdə, vədlərinə əməl etməyiblər. Çünki “Azəravtoyol” rəhbərliyi yeni varianta əl atıb. Belə ki, yol qıraqlarındakı yerlər 500 000 min manat dəyərində satışa çıxarılır.

Əvəz Qocayevin birbaşa xeyir-duası ilə yüksək ranqlı məmurların bir-neçəsinə magistral yolda yerlər hədiyyə olunduğu da yayılan məlumatlar sırasındadır.

Əlacsız qalan sahibkarlar Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin özbaşınalığından dövlət başçısına müraciət edəcəklərini və etiraz aksiyaları keçirəcəklərini bildirirlər.

Redaksiyamıza daxil olmuş şikayətlərdə bildirilir ki, Ələt-Astara magistralı üzərində dövlət vəsaiti hesabına tikilmiş bəzi yerlər də satılıb. Halbuki dövlət vəsaiti hesabına tikilən və mühafizə zolağında olan ərazi satıla bilməz…

Ələt-Astara magistral yolla bağlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin etdiyi özbaşınalıqlarla bağlı redaksiyamıza daxil olan şikayət və məlumatları araşdırmaqdayıq. Yaxın günlərdə bu barədə geniş məlumat verməyə çalışacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(aztoday.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam