Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan qaz kəmərinin tikintisi dayandırıldı -İtaliyada

İtaliyanın Latsio regional inzbati məhkəməsi bu gün Ətraf Mühit Nazirliyinin TAP kəmərinin keçdiyi Apuliya bölgəsində çoxillik zeytun ağaclarının köçürülməsi üçün verdiyi icazənin qüvvəsini dayandırıb.

Yenixeber.org:   İtaliya KİV-lərinə istinadən xəbərə görə, qərar Apuliya regional hökumətinin iddiası əsasında çıxarılıb. Neçə gündür bu bölgədə TAP-ın tikintisi  və zeytun ağaclarının köçürülməsi “No TAP” komitəsinin fəallarının keçirdiyi aksiyalara görə dayandırılmışdı.

TAP konsorsiumu kəmərin marşrutu boyu 216 çoxillik zeytun ağaclarının köçürülməsi üçün icazə alıb, lakin onlardan cəmi 4-nü köçürməyə imkan tapıb.  İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan,  Rusiyaya bağlı “5 Star” hərəkatının yaratdığı “No TAP” komitəsinin keçirdiyi etirazlar nəticəsində işlər dayandırılıb. İndi isə məhkəmə ağacların köçürülməsinə verilmiş icazənin qüvvəsini dayandırıb. Məhkəmənin qərarına əsasən ağacların köçürülməsinə dair icazə aprelin 19-da keçiriləcək dinləmələrə qədər qüvvədə olmayacaq. Bu isə o deməkdir ki, aprel ayında ağacların köçürülməsi başa çatdırılmayacaq və işlər noyabr ayına qədər təxirə düşəcək. Bu, TAP-ın tikintisinin azı yarım il gecikməsi deməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam