Çində avqust ayında yoluxucu xəstəliklərdən 1983 nəfər həyatını itirib.

 

Yenixeber.org: Bu barədə "Şinhua" agentliyi məlumat yayıb.

Ötən ay (a), (b) və (c) kimi təsnif edilən yoluxucu xəstəliklərdən qaynaqlanan 706372 hal aşkar edilib və buna görə 1983 nəfər dünyasını dəyişib.

Vəba (a) qrupunda vərəm, hepatit, ishal, bel soyuqluğu və sifilis (b) qrupunda ağız, ayaq və əldə meydana gələn dabaq xəstəliyi və yoluxucu ishal xəstəlikləri isə (c) qrupunda təsnif edilib.

Sözügedən yoluxucu xəstəliklərdə ən çox ölüm hadisəsinin b qrupundakı xəstəliklərdən meydana gəldiyi bildirilib.