Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gənclər arasında daha çox xanımlar boşanmaq istəyir

 

Gənclər arasında daha çox xanımlar boşanmaq istəyir
Ötən il 15-29 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 115,5 min nəfər olub və bütövlükdə doğulan körpələrin 80,2 faizi gənc anaların payına düşüb.
Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib.

Məlumatda bildirilib ki, ötən il ölkədə nikaha daxil olanların 77,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,6, qadınların isə 23,7-dir. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 24,2 faiz, qadınların isə 44,3 faiz təşkil edir.

Ümumilikdə ölkə əhalisinin 2,5 milyon nəfərini və ya 25,5 faizini gənclər təşkil edir. Gənclərin 50,6 faizi şəhər yerlərində, 49,4 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.

Qeyd edək ki, cari ilin ilk yarısında 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam