Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Şamaxıda sel:piyadalar və mal qara üçün təhlükə

 Güclü yağışlardan sonra yaranan sel fəsad törədib

Yenixeber.org bildirir ki, Şamaxı rayonunun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu suyun altında qalıb. Nəticədə yol bir neçə saat bağlı qalıb. Çökək ərazidən keçən yol və ordaki körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşib.Su yaxınlıqdakı həyətlərə də dolub.
Sakinlərin sözlərinə görə qəfildən gələn sel-suları piyadalara və mal qara üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, avtomobillərin mühərriki sıradan çıxaraq suyun ortasında qalıb.
Rayondan kəndə sərnişin daşıyan avtobusun da mühərriki siradan çixıb. Bir saata yaxın sərnişinlər avtobusun içində gözləməli olublar. Sakinlər tərəfindən əraziyə çağrılan texnika vasitəsi ilə avtobus sudan çixarılıb və sərnişinlər kəndə piyada getməli olublar. Rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov bildirib ki, əraziyə texnikalar cəlb olunub.Yoldakı problem aradan qaldırılıb. Lakin yenidən güclü yağış yağarsa eyni problem yaşana bilər. /xezerxeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam