Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Sumqayıta gedən bu marşrutların fəaliyyəti dayandırıldı

 

 Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb

 

Yenixeber.org: Bu barədə Sumqayıt şəhər sakinləri məlumat verib.

Məlumata görə, bu gün səhər saatlarından etibarən 985 (Binəqədi-Novxanı-Sumqayıt), 12b və 522 (Saray-Sumqayıt) və 12 (Xırdalan-Saray-Sumqayıt) saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobusları isə cərimə meydançalarına aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin şöbə müdiri Namiq Əliyev Trend-ə açıqlamasında bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib: "Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onlar şəhərə buraxılmır. Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, Saray və Xırdalandan gələnlər isə Saray qəsəbəsindən. Həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə girişi qadağan ediləcək".

"Sumqayıt Nəqliyyat" MMC-nin direktoru Xannı Rüstəmov isə şöbə müdirinin dediklərini təkzib edib. X.Rüstəmov bildirib ki, avtovağzaldan-avtovağzala yalnız Bakı-Sumqayıt marşrutları işləməlidir: "Saray, Novxan, Xırdalandan Sumqayıta hərəkət edən marşrut avtobuslarına bu qaydalar tətbiq edilmir: Sadəcə, həmin marşrut avtobuslarının bəziləri kiçik həcmli və köhnə, standartlara cavab verməyən mikroavtobuslardır. Həmin marşrut avtobuslarında həmçinin natəmizlik hökm sürür və bu barədə dəfələrlə bizə sərnişinlərdən şikayətlər daxil olub. Bu səbəbdən həmin marşrutların fəaliyyətini müvəqqəti dayandırmışıq. Əgər sahibkar xəttə iritutumlu avtobuslar buraxarsa, marşrutların fəaliyyəti bərpa olunacaq".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam