Bakcell-dən kütləvi narazılıq –bu mobil operator sosial şəbəkələr yalnız gülmsəməyi bacarır
Yenixedber.org:Azərbaycanın mobil operatorlarından biri Bakcell-ə bağlı olaraq son bir neçə gündür ki, sosial şəbəkələrdə narazılıqlar ifadə edilməkdədir. Mobil operatorun elan etdiyi rəsmi internet saytındakı “onlayn sual-cavab” bölümü və sosial şəbəkə sistemlərində isə bu narazılıqlara cavab verən yoxdur.
Narazılıqlar daha çox mobil operatorun abonentlərdən heç bir xəbərdarlıq etmədən balanslardan internet üçün pullar çıxır. Narazı vətəndaşlar internet paketlərindən ümumiyyətlə istifadə etmədikləri halda Bakcell tərəfindən onlardan pul silinməsinə etiraz edirlər. Gundeminfo.az xəbər verir ki, əsasən jurnalistlər operator tərəfindən aldadıldıqlarından şikayət edirlər. Bakcell abunəçisi olan xüsusi tarif abunəçiləri də narazılıqlarında bəyan edirlər ki, paketlərin könüllü yenilənməsi şərti əvvəlcədən elan edilsə də, bu operator məcburi qaydada balansdan pul silir. Analoji olaraq narazılıqlar Bakcell-in rouminq xidmətləri ilə bağlıdır.
Mövsümlə əlaqədar olaraq xarici ölkələrə səfərləri artan Azərbaycan vətəndaşı olan Bakcell abunəşilərinin balansından ölkəyə qayıtdıqları zaman külli miqdarda vəsaitlər silinir. Hansı ki, bu operatorun elan etdiyi tariflər üzrə rouminqdə olan abunəçilərə konkret və limitli rouminq paketləri təklif edilir. Lakin sonradan ölkə vətəndaşları Azərbaycana qayıtdıqda paketin bitməsinə baxmayaraq onlardan pulların silinməsi baş verir.
Sadalanan bu faktlarla bağlı olaraq isə sosial şəbəkədə narazı olan vətəndaşlara nə rəsmi internet səhifəsindəki onlayn xidmət sistemi, nə də operatorun cavabdeh səhifə adminləri heç bir cavab vermirlər, Bu mövzu ilə bağlı araşdırmalarımızın növbəti mərhələsində narazılarla bağlı detallıca bilgilər verəcəyik. Bakcell-dən olan narazılıqlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.(teref.info)