Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

13 gün əvvəl evdən qaçan gəlinin ANASI:"Qızım dəli deyil, xəstə deyil evdən qaça"

13 gün əvvəl evdən qaçan gəlinin ANASI:

 

 

Göygöl rayonunun Mollacəlilli kəndində evdən qaçan 2 ayın gəlini 20 yaşlı Asiya Ağakişiyeva tapılıb. Artıq 13 gündür evdən gedən A.Ağakişiyevanın fen almaq üçün qayınatası ilə mağazaya getdiyi və ərazi yaxınlığından taksiyə minərək uzaqlaşdığı bildirilib:

 

Yenixeber.org: "Mağazada kamera var. Gəlin maşından düşüb, mağazaya girir. Yuxarı çıxıb sonra düşür, mənim arxamda bir taksiyə oturur, gedir"

Qayınatası iddia edirdi ki, A.Ağakişeyvanın qardaşı arvadı ona deyib ki, oğlu ilə evlənməzdən qabaq gəlinin kənddə başqa bir oğlanla münasibəti olub.

Milli.Az xəbər verir ki, gəlinin tapılması ilə bağlı publika.az-a Asiya Ağakişiyevanın anası Gümanə Ağakişiyeva məlumat verib. O bildirib ki, qızını Gəncə şəgərində süpürgəçi bir qadının evində tapıblar:

"Qızım 13 gündür ki, yoxdur. Neçə gündür polis bir tərəfdən, biz bir tərəfdən qızımı axtarırıq. Nəhayət polis onu Gəncə şəhərində süpürgəçi bir qadının evində tapıb. Harda bir-birləri ilə görüşüblər, necə gedib, bilmirəm. Həmin xanımı tanımırıq. Elə onlarda qalırmış. Deyirmiş ki, evdə məni incidirlər. Qayınanam zülm eləyir. Qayınatam mənə kobud davranır, təhqir edir, rahatlıq vermirlər. Kim nə deyir desin, o mənim balamdı. Necə yəni kaş tapılmayaydı?! Allaha şükür, sağ-salamat tapdıq. Mənim qızım xəstə deyil, dəli deyil ki, evdən qaçsın. Bilmirəm dəqiq nə baş verib, kim ona nə deyib, küsdürüb ki, evdən çıxıb gedib. Heç birimizə də bir kəlmə xəbər etməyib. Ailədə söz də olar, söhbət də olar. Amma gör nə həddə çatdırıblar ki, Asiya evi tərk edib. Canına xətər yetirsəydi, nə olacaqdı? Asiya yaxşıdı. İndi evdə yoxdur, ər evinə qayıdıb-qayıtmayacağını isə bilmirəm. Qızım nə qərar versə, biz də ona dəstək olacağıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam