Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vuqar Zeynalov nazir Əbülfəz Qarayevə qarşı -İlham Əliyevə Şikayət məktubları ünvanlandı

 

 

Vuqar Zeynalov nazir Əbülfəz Qarayevə qarşı - İlham Əliyevə Şikayət məktubları ünvanlandı

Yenixeber.org: Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində yaşanan qalmaqal ilə bağlı məlumatlar dərc etmişdik. Bu gün isə redaksiyamızın elektron poçtuna daxil olan şikayətdə qeyd edilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəniyyət sahəsində əziyyət çəkən müəllim heyətinin məvaciblərinin kəsilərək qalıq hissələrinin ödənilməməsində israrlıdırlar. Dekabr ayında əməkdaşlarına yanvarda maaşların veriləcəyini, kəsirlərin də tam şəkildə ödəniləcəyini vurğulayan səs yazısının da olması bu şikayətlərin haqqlı tərəfini göstərməkdədir. Amma görünən odur ki, nə nazirlik nə də idarə həmkarlarının məvaciblərinin tam şəkildə ödənilməsinin leyhinə deyilər. 

Artıq bir müddətdir ki, müxtəlif media səhifələrində Bakı şəhərində fəaliyyət göstərən musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimlərinin əmək haqqlarının əsassız şəkildə kəsildiyi haqqda məlumatlar yayımlanır. Mədəniyyət və Turizm Nazirliyi o cümlədən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu şikayətlərə münasibət bildirərək, yanvar ayında bu problemin aradan qaldırılacağı və kəsilən əməkhaqqlarının geri qaytarılacağı haqqda 11.01.2018-ci ildə rəsmi açıqlama versələr də növbəti ayda yenidən əməkhaqqları kəsilmişdir. 

Qeyd edək ki, il ərzində Vuqar Zeynalovun rəhbərlik etdiyi idarə məhz Bakı Şəhər Mədəniyyət və Turizm nazirliyinə məxsus müəssisələrdən qanunsuz tələbləri ilə yığdığı milyonlar barəsində uzun müddətdir sosial mediada məlumatlar dərc edilməkdə idi. Müxalifət mediasında bu məsələ ilə bağlı geniş yazı dərc edilməsinə baxmayaraq V.Zeynalov həmin media orqanı ilə anlaşmaya gedərək yazıların dayandırılmasına nail olmuşdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, V.Zeynalov qanunsuz əmələrinin ifşa edilməsinə görə müxalif media orqanına yüksək miqdarda “şirinlik” verməklə məsələnin tamamilə dayanmasına və bir daha onun barəsində yazı dərc edilməyəcəyi barədə təminat almışdır. Məsələnin əsas mahiyyəti isə müsiqi məktəblərində olan ölü canlar sisteminin məhz birbaşa Vuqar Zeynalova məxsus olması göstərilirdi. Bu gün mediada şikayətçi düşən müəllim kollektivinin idarəyə çağrılaraq hədələnməsi də gələcəkdə idarə rəhbərinin tutduqları əməllərinin sosia mediada səslənməməsinə yönəlmiş addım kimi qiymətləndirilməkdədir. 

Müəllimlər qeyd edir ki, Prezident İlham Əliyevə müraciət edəcəyimizdən xəbər tutan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəb direktorlarına narazı olan müəllimlərin qarşısını almaq və bu işdə aktiv olan müəllimlər haqqında tədbir görmək tapşırığını vermişdi. Bu tapşırığı isə musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva direktorlara şəxsən söyləmişdir.

Müəllimlər də öz növbəsində narazılıqlarını kütlə şəklində bildirməklə müxtəlif orqanlara və o cümlədən ölkə rəhbərinə də şikayət məktubları ilə müraciət etməkdə davam edirlər. 
BakuNews.az


Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam