Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Müəllimlər cəzalandırılıb, direktorlar işdən azad edilib”– Nazir

 

ebulfez-qarayev“Yeni regional idarələr vasitəsi ilə müəyyən monitorinqlər həyata keçirildi. Təəssüf ki, nəticədə bəzi musiqi məktəblərində xoşagəlməz hallar aşkar olunub”.

Yenixeber.org: Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimində deyib.

Nazir qeyd edib ki, aşkar olunan nöqsanlarla bağlı ciddi ölçü götürülüb: “Müəllimlər cəzalandırıldı, direktorlar işdən azad olundu. Bu proses davam edəcək. Bizim əsas məqsədimiz odur ki, dərslərin keyfiyyəti yüksəlsin, uşaqların musiqi və incəsənət sahəsində bilik səviyyəsinin artırılması təmin olunsun. Növbəti ildə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası keçiriləcək. Bununla da təhsilin keyfiyyətinin artırılması istiqamətində çox ciddi addımlar atılacaq. Gənclərin daha yaxşı təhsil almaları üçün yüksək səviyyəli müəllimlər gərəkdir”.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam