Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qəsəbəmizin adı Bahardır, amma burda ömrümüz çürüyür”- FOTO

 

 

Bahar bağçılıq massivinin sakinləri kanalizasiya və yolsuzluq problemindən şikayətlənir

 

Yenixeber.org: “Bizim yaşadığımız qəsəbənin adı Bahardır, amma burada bahar adına uyğun gələn heç nə yoxdur. Burada, sadəcə, bizim ömrümüz çürüyür”.

Bunu redaksiyamıza müraciət edən Suraxanı rayonu, Bahar qəsəbəsi kimi tanınan bağçılıq massivinin sakinləri deyir. Onlar bildirir ki, 1987-ci ildə bu ərazidə torpaqlar yüksək nailiyyətlər göstərmiş neftçilərə bağ yeri kimi verilib: “Hazırda burada 1000-dən çox ev var. Əksər evlərin sahibləri ömrünü neft sahəsində fəda etmiş zəhmətkeşlərdir. Biz illərdir ki, bu qəsəbədə yolsuz və kanalizasiyasız yaşayırıq. Təsəvvür edin, 1000-dən çox evin yerləşdiyi, 4-5 min sakinin yaşadığı qəsəbədə kanalizasiya xətti yoxdur və bu səbəbdən antisanitariya vəziyyəti hökm sürür. İnsanlar məcbur olur kanalizasiya sularını küçələrə axıdırlar. Uşaqlarımız da həmin o çirkab suların içərisində oynayır, məktəbə gedib gəlirlər”.

Bahar Kuche (1).jpg (125 KB)

Qəsəbə sakinləri deyir ki, bu illər ərzində Bahar qəsəbəsinə asfalt yol da çəkilməyib: “Qəsəbə Hövsan yolunun yaxınlığında yerləşir. Yəni elə çox ucqar da deyil. Əhali dəfələrlə müvafiq qurumlara, icra hakimiyyətinə müraciət etsə də, məhəl qoyan yoxdur. Buradakı evlərin çoxunun ”kupça"sı var. Yəni ki, qanunsuz salınan ərazi deyil. İşıq, qaz, su, telefon xətləri verilib. Ancaq kanalizasiya və yol çəkmirlər. Aidiyyəti qurumlara və Suraxanı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişik. Bir-iki dəfə gəlib baxıb getməkdən başqa bir iş görülməyib. Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı iki ilə dövlət sərəncam verib. Amma bizim qəsəbəni müvafiq strukturlar “yaddan çıxarıb”. Xahiş edirik, bizim qəsəbəmizə kanalizasiya xətti və yol çəkilsin, biz də burada normal yaşaya bilək".

(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam