Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər tutuldu -Beyləqanda

bash-prokurorluq

 

Beyləqanda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən şəxslər tutulub.

Yenixeber.org:   Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan “Lalə Məmmədova”ya (ad, soyad şərtidir) qarşı həmkəndliləri – 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktı ilə əlaqədar martın 9-da Beyləqan rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Beyləqan rayon hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində K. Hümbətov və T. Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam