Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı davam edir

 

Yapon dənizində itən “Vostok” gəmisinin axtarışlarına Be-200 təyyarəsi və Mi-8 vertolyoyu da cəlb edilib

 

Yenixeber.org: Bunu Rusiya FHN-in Uzaq Şərq bölgəsi üzrə xilas-axtarış qrupunun təmsilçisi deyib.

Bu arada o da məlum olub ki, “Vostok” gəmisinin sahibi itkin düşən dənizçilərin ailələrinin Vladivostoka uçuşu və orada yaşama xərclərini qarşılmağa hazır olduğunu bəyan edib.

“Hələlik bununla bağlı bizə sorğu daxil olmayıb. Lakin qohumların, yaxınların belə bir istəyi olsa, problem yoxdur. Biz biletləri alarıq, onlar Vladivostoka uçar və qalacaqları yeri taparlar”, - deyə şirkətin rəsmisi bildirib.

Bundan əlavə, Yapon dənizində yoxa çıxan “Vostok” gəmisi ilə bağlı daha bir məlumat yayılıb. Məlumata əsasən, gəmi yoxa çıxmazdan iki saat əvvəl əlaqəyə çıxıb. Primorsk diyar Administrasiyasının yaydığı xəbərə görə, həmin vaxt qəza siqnalı verilməyib. Bu səbəbdən onların yeri hələ də müəyyən edilməyib.

 

Qeyd edək ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi yanvarın 24-də Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 20 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov (46 yaş) və Ruslan Əlizadədir (27 yaş).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam